Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Aylarla xəstəyə baxmayan həkimlər aşkarlandı - TƏBİB-dən XƏBƏRDARLIQ

Tarix: 19-12-2025 17:35     Baxış: 367 A- / A+



"Biz artıq il yarımdır ki, həkimlərin fəaliyyətinin monitorinqini aparırıq. Bəli, həkimlərimizin arasında xəstələrlə ünsiyyət qurmayan, hətta monitorinq dövründə bir ay ərzində heç bir xəstəyə baxmayan həkimlər də aşkarlanıb".
Manevr.az xəbər verir ki, bunu 2025-ci ilin yekunlarına və gələcək planlarına dair brifinqdə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
Qeyd edib ki, bu həmin həkimlərin bilik səviyyəsinin və ya ünsiyyət bacarıqlarının yetərli olmadığını, eləcə də tanınmadığını göstərir.
"Bu səbəbdən optimallaşma layihələri çərçivəsində hansı ki, son vaxtlar stomatoloqlarla bağlı həyata keçirilən tədbirlər buna nümunədir, həmin həkimlərlə bağlı müvafiq addımlar nəzərdə tutulub. Onlara bir ildən artıq müddət əvvəl xəbərdarlıq edilmişdi ki, fəaliyyətlərini düzgün tənzimləsinlər və vətəndaşlara keyfiyyətli xidmət göstərsinlər ki, müraciətlərin sayı artsın.
Lakin bir il- il yarım davam edən nəzarətin nəticələri göstərdi ki, bu istiqamətdə heç bir irəliləyiş yoxdur və hələ də ay ərzində bir nəfər belə xəstəyə baxmayan həkimlər mövcuddur. Buna görə də bu hallarla bağlı konkret tədbirlərin görülməsi nəzərdə tutulur və müvafiq addımlar atılacaq".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar