Sizin Reklam Burada
Xəbər lenti
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Özəl klinikaların icbari tibbi sığorta ilə işləmə mexanizmi AÇIQLANDI

Tarix: 08-12-2025 11:01     Baxış: 461 A- / A+


 
“Hazırda Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrinin sayı 200-dən çoxdur. Bura paytaxt Bakı ilə yanaşı, ölkənin digər bölgələrində fəaliyyət göstərən özəl xəstəxanalar da daxildir. Bu ilin 10 ayı ərzində icbari tibbi sığortadan istifadə etmək üçün özəl tibb müəssisələrinə 260 mindən çox göndəriş verilib”.
Manevr.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova TƏBİB və Agentlik tərəfindən keçirilən “İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim”də bildirib.
Onun sözlərinə görə, dövlət tibb müəssisəsi tərəfindən təqdim edilən göndəriş vərəqəsi 24 saat ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təsdiq edildikdə bu barədə vətəndaşa SMS-lə birdəfəlik kod göndərilir:
“Bu zaman vətəndaş Agentliklə müqaviləli istənilən özəl xəstəxananı seçə bilir. Bu mexanizm həm vaxt itkisini azaldır, həm də xidmətə çıxışı sürətləndirir. Vətəndaşlar “e-Tabib” mobil tətbiqindən seçim etməklə, göndəriş vərəqəsi üzərindəki QR kodu oxutmaqla və ya Agentliyin saytı vasitəsilə özəl tibb müəssisələrini müəyyənləşdirə bilərlər. Göndəriş vərəqəsinin etibarlılıq müddəti 10 iş günüdür. Bu müddət ərzində xəstəxanaya şəxsiyyət vəsiqəsi və göndəriş kodu ilə müraciət etmək kifayətdir”.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar