Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Ürək-damar xəstəliklərinin əsas səbəbi bu imiş...

Tarix: 25-11-2025 09:11     Baxış: 4127 A- / A+



Ürək-damar xəstəliklərinin yaranmasında ən mühüm amillərdən biri düzgün qidalanmamaqdır. Gündəlik istehlak edilən bir çox məhsul bədəndə pis xolesterin (LDL) səviyyəsini artıraraq damarların tıxanmasına səbəb ola bilər.
Manevr.az xəbər verir ki, mütəxəssislərə görə, əsas təhlükə kolbasa və qırmızı ətdən çox, tərkibində trans yağlar və həddindən artıq şəkər olan müasir rahat qidalardan qaynaqlanır. Marketlərdə geniş yayılmış hazır tortlar, qablaşdırılmış qəlyanaltılar, fast food məhsulları və sənaye üsulu ilə hazırlanan çörəklər trans yağlarla zəngindir. Bu yağlar pis xolesterini artırır, yaxşı xolesterini isə azaldaraq ürək-damar sisteminə ciddi zərər vurur.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə məhsulların tez-tez istifadəsi damar divarlarını aşındırır, tıxanma prosesini sürətləndirir.
Rafine şəkər qan şəkərini sürətlə yüksəldir, insulin müqaviməti yaradır və damarların daxili qatını zədələyir. Həkimlər şəkər istehlakını azaltmağı və aşağıdakı alternativlərə üstünlük verməyi tövsiyə edirlər:
Bal - ürək əzələsini gücləndirir, damar divarlarını dəstəkləyir.
Təzə meyvələr (üzüm, çiyələk, albalı) - yüksək lif tərkibi qlükozanın mənfi təsirini azaldır.
Qurudulmuş meyvələr (quru ərik, xurma, kişmiş) - xolesterolu təmizləyir, infarkt riskini azaldır.
Tünd şokolad - tərkibindəki epikateşin damarların daxili qişasını yaxşılaşdırır, qan təzyiqini aşağı salır.
Mütəxəssislərin fikrincə, spirt qanın laxtalanmasını artırır, ürək döyüntüsünü sürətləndirir, təzyiqi yüksəldir və ateroskleroz riskini artırır. Tez-tez spirt qəbulu ürək əzələsinə zərbə vurur.
Duzun həddindən artıq qəbulu isə qan damarlarını daraldır, qan təzyiqini artırır və infarkt riskini yüksəldir. Xüsusilə işlənmiş qidalarda gizli duz təhlükəsinə diqqət yetirmək vacibdir.
Kartof püresi, ağ düyü və makaron kimi yüksək glisemik indeksli qidalar qan şəkərini sürətlə artıraraq damar sağlamlığına mənfi təsir göstərir. Mütəxəssislər daha sağlam alternativlərin seçilməsini tövsiyə edir.milli.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar