ABŞ Dövlət Departamenti vizadan imtina üçün əsas ola biləcək səbəblərin siyahısına yeni maddələr əlavə edib.
Manevr.az milli.az-a istinadən xəbər verir ki, dövlət katibi Marko Rubionun imzaladığı yeni təlimat bu gündən qüvvədədir və konsulluqlar artıq viza müraciətlərini qiymətləndirərkən ərizəçilərin sağlamlıq vəziyyətini də nəzərə alacaq.
Yeni qaydalara əsasən, piylənmə, diabet,ürək və qan damar xəstəlikləri tənəffüs problemləri və bəzi xərçəng növləri kimi xroniki xəstəliklər gələcəkdə ərizəçinin ABŞ dövlətinə tibbi yük ola biləcəyi ehtimalını artırdığı üçün mənfi amil sayılacaq. Konsul əməkdaşları qiymətləndirmə zamanı ərizəçinin maliyyə imkanlarını ABŞ-da tibbi yardıma ehtiyac yaranacağı halda bunun ödənilməsi ilə bağlı riskləri araşdıracaqlar.
Mütəxəssislər bildirir ki, bu dəyişiklik ABŞ immiqrasiya siyasətində ciddi dönüş hesab olunur. Çünki bundan sonra ərizəçinin tibbi vəziyyəti təkcə səhhət məsələsi kimi deyil həm də iqtisadi yük riski kimi qiymətləndiriləcək.
Təlimat həmçinin konsulluqlara müraciətçilərin tibbi sənədlərini daha diqqətlə araşdırmağı tapşırır. Sənəddə göstərilir ki, əgər ərizəçinin müalicə üçün böyük xərclər tələb edən xəstəliyi varsa viza verilməsi artıq daha çətin olacaq.
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































