Sizin Reklam Burada
Xəbər lenti
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

COVID-19 peyvəndinin gözlənilməz təsiri aşkarlandı

Tarix: 09-11-2025 12:34     Baxış: 424 A- / A+



Atopik dermatit, yəni ekzema diaqnozu qoyulmuş uşaqlar COVID-19-a qarşı peyvəndlənmə nəticəsində təkcə koronavirusdan qorunmaqla kifayətlənməyib, həm də əlavə sağlamlıq faydaları əldə edə bilərlər.
Manevr.az-ın AZƏRTAC-a verdiyi xəbərə görə, Amerika Allergiya, Astma və İmmunologiya Kollecinin (ACAAI) illik konfransında təqdim edilən tədqiqat göstərib ki, peyvənd olunmuş uşaqlarda infeksiyalar və allergik ağırlaşmalar daha az müşahidə olunur.
Tədqiqatda atopik dermatit diaqnozu qoyulmuş 17 yaşdan kiçik 11 mindən çox uşaq iştirak edib, belə ki, onların yarısı peyvənd olunmuş, digər yarısı isə peyvənd olunmamışdır. Nəticələrə əsasən, peyvənd olunmuş uşaqlarda tənəffüs yolları xəstəlikləri olan bronxit, sinusit və pnevmoniya, eləcə də dəri infeksiyaları olan impetiqo və kontagioz mollyusk kimi xəstəliklər çox nadir hallarda inkişaf etmişdir. Bundan əlavə, onlarda astma, rinit və qida mənşəli anafilaksiya daxil olmaqla allergik reaksiyalar da daha az rast gəlinib.
Alimlərin fikrincə, peyvəndlənmə ekzema olan uşaqlarda immun sistemini sabitləşdirməyə kömək edir və digər allergik xəstəliklərin inkişafını ləngidə bilər. Tədqiqatın rəhbəri doktor Çjibo Yanqın sözlərinə görə, əldə edilən nəticələr peyvəndlərin təhlükəsizliyini və xroniki iltihabi hallar müşahidə olunan uşaqlar üçün onların potensial faydasını təsdiqləyir. 

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar