Xəbər lenti
Rəşad Məmmədovun adı təsdiqlənmiş plastik cərrahların siyahısında yoxdur - RƏSMİ

Qulaq-burun-boğaz (lor) həkimi və estetik-cərrah kimi tanınan Rəşad Məmmədovla bağlı çoxsaylı şikayətlər var. Ötən həftə Rəşad Məmmədovun əməliyyat etdiyi 3 qadının şikayəti işıqlandırılmışdı.
Məsələ ictimailəşdirildikdən sonra bu dəfə eyni həkimin qurbanı olduğunu iddia edən 2 qadın da öz şikayətlərini bildirib. Rüzgar Rzayevanın sözlərinə görə, iki il əvvəl sözügedən həkim tərəfindən əməliyyat edilib. 1 həftə sonra özünü pis hiss edən qadın həkimin qəbuluna yazılıb.
Bu zaman sarğı açılanda dərinin gipsə yapışdığını görüblər. Rüzgar Rzayeva iddia edir ki, həkim ona dəri köçürməsini söz versə də, daha sonra zənglərinə cavab verməyib. Burnunun çürüdüyünü iddia edən pasiyent həkimə ödədiyi məbləğin geri qaytarılmasını tələb edir.
Bəs görəsən, səslənən iddialarla bağlı tədbir görüləcəkmi? Rəşad Məmmədovun həkim kimi fəaliyyət göstərməsi üçün rəsmi lisenziyası varmı?
Manevr.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Rəşad Məmmədovun adı Səhiyyə Nazirliyinin Xüsusi Təftiş Komissiyası tərəfindən təsdiqlənmiş plastik cərrahlar siyahısında yer almır.
Məlumatda qeyd olunub ki, bu siyahıya daxil olmayan şəxslərin plastik cərrahiyyə üzrə tibbi fəaliyyət göstərməsi qanunvericiliyin tələblərinin pozulması hesab olunur və belə hallarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür:
"Qanunvericiliyə əsasən, sağlamlığa zərər vurulması halları aşkarlanarsa, bu, hüquq-mühafizə orqanlarının səlahiyyətinə daxildir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi yalnız təsdiqedici sənədlərlə müşayiət olunan rəsmi müraciətlər əsasında araşdırma aparır. Belə müraciət daxil olduqda, məsələ "İnzibati icraat haqqında" və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunlara uyğun qaydada araşdırılır".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































