Sizin Reklam Burada
Xəbər lenti
31-10-2025
30-10-2025
BÜTÜN XƏBƏRLƏR

Hər gün yediyimiz bu 3 qida bağırsaq xərçəngi yaradır

Tarix: 31-10-2025 10:11     Baxış: 330 A- / A+
Hər gün yediyimiz bu 3 qida bağırsaq xərçəngi yaradırQazlı içkilər, peçenye və kolbasa bağırsaq xərçəngi riskini artırır. Uşaqlar, xüsusən oğlanlar və kişilər şirniyyat, qazlı içkilər və kolbasa istehlakını mümkün qədər məhdudlaşdırmalıdırlar.
Manevr.az medicina.az-a istinadən xəbər verir ki, amerikalı tədqiqatçıların son araşdırmasına görə, peçenye və ekler, qazlı içkilər, kolbasa, salami və müxtəlif növ şirniyyatlar kişilərdə bağırsaq xərçəngi riskini artırır.
Qeyd olunub ki, bunlar ultra emal olunmuş qidalardır, bu kateqoriyaya həmçinin hazır şorbalar, şirin və duzlu qəlyanaltılar da daxildir. Amerikalı tədqiqatçılar təxminən 46 min kişi və 160 min qadını əhatə edən uzunmüddətli müşahidə tədqiqatının məlumatlarını araşdırdılar.
Tədqiqat iştirakçıları 28 il ərzində izlənilib və bu dövrdə onların arasında 3216 yoğun bağırsaq şişi halı müəyyən edilib. Bostondakı Tufts Universitetinin tədqiqatçıları iştirakçıların pəhrizlərini hər dörd ildən bir doldurduqları anketlərdən istifadə edərək qiymətləndiriblər.
Məlum olub ki, ən çox ultra emal olunmuş qidalar istehlak edən kişilərin yoğun bağırsaq xərçənginə tutulma ehtimalı ən az yeyənlərə nisbətən 29% daha yüksəkdir. Qadınlar arasında belə bir əlaqə tapılmayıb. Lakin tədqiqatçılar ultra emal olunmuş qidaların alt qruplarını araşdırdıqda, ən çox emal olunmuş qidalar istehlak edənlərin yoğun bağırsaq xərçənginə tutulma riskinin ən az yeyənlərə nisbətən 17% daha yüksək olduğunu aşkar ediblər.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar