Xəbər lenti
Hər gün yediyimiz bu 3 qida bağırsaq xərçəngi yaradır
Qazlı içkilər, peçenye və kolbasa bağırsaq xərçəngi riskini artırır. Uşaqlar, xüsusən oğlanlar və kişilər şirniyyat, qazlı içkilər və kolbasa istehlakını mümkün qədər məhdudlaşdırmalıdırlar.Manevr.az medicina.az-a istinadən xəbər verir ki, amerikalı tədqiqatçıların son araşdırmasına görə, peçenye və ekler, qazlı içkilər, kolbasa, salami və müxtəlif növ şirniyyatlar kişilərdə bağırsaq xərçəngi riskini artırır.
Qeyd olunub ki, bunlar ultra emal olunmuş qidalardır, bu kateqoriyaya həmçinin hazır şorbalar, şirin və duzlu qəlyanaltılar da daxildir. Amerikalı tədqiqatçılar təxminən 46 min kişi və 160 min qadını əhatə edən uzunmüddətli müşahidə tədqiqatının məlumatlarını araşdırdılar.
Tədqiqat iştirakçıları 28 il ərzində izlənilib və bu dövrdə onların arasında 3216 yoğun bağırsaq şişi halı müəyyən edilib. Bostondakı Tufts Universitetinin tədqiqatçıları iştirakçıların pəhrizlərini hər dörd ildən bir doldurduqları anketlərdən istifadə edərək qiymətləndiriblər.
Məlum olub ki, ən çox ultra emal olunmuş qidalar istehlak edən kişilərin yoğun bağırsaq xərçənginə tutulma ehtimalı ən az yeyənlərə nisbətən 29% daha yüksəkdir. Qadınlar arasında belə bir əlaqə tapılmayıb. Lakin tədqiqatçılar ultra emal olunmuş qidaların alt qruplarını araşdırdıqda, ən çox emal olunmuş qidalar istehlak edənlərin yoğun bağırsaq xərçənginə tutulma riskinin ən az yeyənlərə nisbətən 17% daha yüksək olduğunu aşkar ediblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Təqvim
| « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































