Sizin Reklam Burada
Xəbər lenti
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

Qəhvəni bu yaşa qədər içmək olmaz - Açıqlama

Tarix: 25-10-2025 14:24     Baxış: 375 A- / A+
Qəhvəni bu yaşa qədər içmək olmaz - Açıqlama
Uşaqlara qəhvə içmək olmaz.
Manevr.az xəbər verir ki, rusiyalı nevroloq və epileptoloq Vasili Plotnikov uşaqların və yeniyetmələrin nə vaxtdan qəhvə içə biləcəyini izah edib.
Onun sözlərinə görə, beynəlxalq tibbi tövsiyələrə əsasən 14 yaşadək uşaqlara qəhvə içmək məsləhət görülmür. Bu yaşa qədər gündəlik kofein miqdarı 50 milliqramdan çox olmamalıdır.
Həkim bildirib ki, 14 yaşdan etibarən sutkada 100 milliqrama qədər kofein qəbul etmək mümkündür. Bu da təxminən bir fincan üyüdülmüş qəhvəyə və ya iki fincan yüngül qəhvəyə bərabərdir. Plotnikovun sözlərinə görə, kofeini çox qəbul etmək yeniyetmələrdə narahatlıq, aqressiv davranış, həddindən artıq həyəcan, baş ağrısı və davranış pozuntularına səbəb ola bilər.
Mütəxəssis əlavə edib ki, kofein yalnız qəhvədə deyil, digər içkilərdə də var. Onun fikrincə, 14 yaşadək uşaqlara 0,33 litrdən çox kola içmək olmaz. Həmçinin, bəzi uşaqların sevdiyi şirin qara və yaşıl çaylarda da kofein mövcuddur.
Plotnikov vurğulayıb ki, enerji içkiləri 18 yaşadək tamamilə qadağandır. Çünki onların tərkibində adətən hər bankada ən azı 150 milliqram kofein olur.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar