Xəbər lenti
Arıqlama dərmanı alkoqolizmə də çarə imiş
ABŞ alimləri müəyyən ediblər ki, şəkərli diabetin və artıq çəkinin müalicəsində istifadə olunan GLP-1 əsaslı dərmanlar, o cümlədən "Ozempic" və "Wegovy" spirtin beyin üzərindəki təsirini yavaşlada bilər.Manevr.az xəbər verir ki, bu barədə "Scientific Reports" (SciRep) jurnalında dərc olunan tədqiqatda məlumat verilib.
Fralin Biotibbi Tədqiqat İnstitutunun alimləri bildiriblər ki, GLP-1 reseptor agonistləri qrupuna aid preparatlar alkoqolun qana keçməsini ləngidir, nəticədə spirtin konsentrasiyası və sərxoşluq hissi daha zəif olur.
Tədqiqat zamanı semaglutid, tirzepatid və liraglutid qəbul edən könüllülər eyni miqdarda spirt içsələr də, özlərini daha az sərxoş hiss etdiklərini bildiriblər. Müşahidə prosesi bir neçə saat davam edib, iştirakçıların nəfəsdəki spirt miqdarı, təzyiqi, nəbzi və qlükoza səviyyəsi ölçülüb.
Mütəxəssislər hesab edirlər ki, bu effekt dərmanların mədənin boşalmasını yavaşlatması ilə əlaqədardır, bu da spirtin sorulmasını gecikdirir. Alimlər qeyd ediblər ki, bu təsir alkoqol asılılığının qarşısını almaq və istehlakını azaltmaq üçün yeni imkanlar yarada bilər, çünki GLP-1 əsaslı preparatlar artıq piylənmə və diabetin müalicəsində təhlükəsiz hesab olunur.milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























