Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Arıqlama dərmanı alkoqolizmə də çarə imiş

Tarix: 17-10-2025 09:03     Baxış: 381 A- / A+
Arıqlama dərmanı alkoqolizmə də çarə imişABŞ alimləri müəyyən ediblər ki, şəkərli diabetin və artıq çəkinin müalicəsində istifadə olunan GLP-1 əsaslı dərmanlar, o cümlədən "Ozempic" və "Wegovy" spirtin beyin üzərindəki təsirini yavaşlada bilər.
Manevr.az xəbər verir ki, bu barədə "Scientific Reports" (SciRep) jurnalında dərc olunan tədqiqatda məlumat verilib.
Fralin Biotibbi Tədqiqat İnstitutunun alimləri bildiriblər ki, GLP-1 reseptor agonistləri qrupuna aid preparatlar alkoqolun qana keçməsini ləngidir, nəticədə spirtin konsentrasiyası və sərxoşluq hissi daha zəif olur.
Tədqiqat zamanı semaglutid, tirzepatid və liraglutid qəbul edən könüllülər eyni miqdarda spirt içsələr də, özlərini daha az sərxoş hiss etdiklərini bildiriblər. Müşahidə prosesi bir neçə saat davam edib, iştirakçıların nəfəsdəki spirt miqdarı, təzyiqi, nəbzi və qlükoza səviyyəsi ölçülüb.
Mütəxəssislər hesab edirlər ki, bu effekt dərmanların mədənin boşalmasını yavaşlatması ilə əlaqədardır, bu da spirtin sorulmasını gecikdirir. Alimlər qeyd ediblər ki, bu təsir alkoqol asılılığının qarşısını almaq və istehlakını azaltmaq üçün yeni imkanlar yarada bilər, çünki GLP-1 əsaslı preparatlar artıq piylənmə və diabetin müalicəsində təhlükəsiz hesab olunur.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar