Manevr.az xəbər verir ki, avtomobil oturacağının isidilməsindən tez-tez istifadə etmək kişi reproduktiv sağlamlığına mənfi təsir göstərə bilər.
Novikova əlavə edib ki, noutbuku diz üstündə saxlamaq, sıx və sintetik alt paltar geyinmək, eləcə də saunada uzun müddət qalmaq da eyni nəticəyə gətirib çıxara bilər.
Həkim bildirir ki, kişi sonsuzluğu ilə bağlı erkən mərhələlərdə vəziyyəti dəyişmək mümkündür. Bunun üçün zərərli vərdişlərdən uzaq durmaq, bədən çəkisini normada saxlamaq, idmanla məşğul olmaq və zülal, sink, selenium, C və E vitaminləri ilə zəngin qidalar qəbul etmək tövsiyə olunur.