Sizin Reklam Burada
Xəbər lenti
08-10-2025
07-10-2025
BÜTÜN XƏBƏRLƏR

TƏBİB-dən çağırış - Məktəbli çantası ağır olmamalıdır

Tarix: 08-10-2025 15:37     Baxış: 322 A- / A+

TƏBİB-dən çağırış - Məktəbli çantası ağır olmamalıdır

Məktəb mühitində şagirdlərin sağlamlığının qorunması daim diqqətdə saxlanılmalıdır. Bu, onların təhsil müvəffəqiyyətinə də təsirsiz ötüşmür.
Manevr.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, insan skeletinin düzgün formalaşması bağça və məktəb dövründə baş verir.
"Uşaqlarda qamətin düzgün formalaşmasına diqqət etmək bunun nə olduğunu anlamayan, gələcəkdə hansı qüsurlara səbəb olacağını bilməyən uşaqlardan çox valideyn və müəllimlərdən asılıdır.
Məktəbli çantası ağır olmamalıdır. Onu bir əldə daşımaq və ya təkərli sürmək olmaz, çanta hər iki çiyindən keçməklə kürəkdə daşınmalıdır.
Partada oturarkən sinəni masaya söykəmək, yazı yazarkən bir tərəf üstə çox əyilmək məsləhət görülmür. Bu həm qamətin əyilməsinə, həm də gözlərin tez yorulmasına səbəb ola bilər.
Kitabı çox yaxın və uzaq tutaraq oxumaq düzgün deyil. Gözlə kitab və ya dəftər arasında məsafə 25-30 sm. olmalıdır.
Gələcək nəslin sağlam yetişməsi üçün hər bir valideyin və xüsusən ibtidai sinif müəllimləri uşaqlara davamlı nəzarət etməlidir. Bununla gələcəkdə uşaqlarda skalioz, kifoz kimi onurğa qüsurlarının qarşısını almış ola bilərik",- deyə qurumdan əlavə edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar