Xəbər lenti
Payız fəslində baş ağrıları artır – Nevroloqdan vacib tövsiyələr

Manevr.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə nevroloq Qalina Çudinskaya məlumat verib.
Onun sözlərinə görə, miqren sinir sisteminin ən çox yayılmış xəstəliklərindən biridir:
"Xəstəlik başın müəyyən hissəsində pulsasiyaedici ağrılar, işığa, səsə qarşı həssaslıq, ürəkbulanma və əsəbiliklə özünü büruzə verir. Bəzən miqren görmə pozuntuları, əllərdə, ayaqlarda keyimə və ya sancı hissi olur".
Qalina Çudinskaya bildirib ki, payızda miqrenin artması havanın soyuması, Günəş şüasının azalması ilə əlaqədardır:
"Payızda damarların həssaslığı artdığı üçün temperatur dəyişkənliyi periferik damar spazmlarına, qan dövranının pozulmasına və tromb yaranması riskinə səbəb olur. Xroniki damar xəstəlikləri, hipertoniya, şəkərli diabet və artıq çəkisi olan insanlar xüsusilə risk altındadırlar".
Nevroloqun sözlərinə görə, insult miqrendən fərqli olaraq, dərhal tibbi müdaxilə tələb edir:
"Onun əsas əlamətləri qəfil başlayan güclü baş ağrısı, ətraflarda keyimə, zəiflik, nitq və görmə pozğunluğu, hərəkət koordinasiyasının və huşun itməsidir. Miqrenin simptomları adətən tədricən inkişaf edir və təkrarlanan xarakter daşıyır.
Q.Çudinskaya payızda sağlam qalmaq üçün bir sıra tövsiyələr də verib:
"Otaqda temperatur sabit saxlanmalı, qan təzyiqi, qanda şəkərin miqdarı mütəmadi olaraq yoxlanmalı, qan dövranını yaxşılaşdırmaq üçün yüngül fiziki aktivlik – gəzinti, üzgüçülük, gimnastika ilə məşğul olunmalı, yuxu keyfiyyətinə, düzgün qidalanmaya, stressin azaldılmasına və kifayət qədər su qəbuluna diqqət yetirilməlidir".teleqraf
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar