Sizin Reklam Burada
Xəbər lenti
26-09-2025
25-09-2025
BÜTÜN XƏBƏRLƏR

Parasetamol zərərlidir?

Tarix: 27-09-2025 09:40     Baxış: 324 A- / A+
Parasetamol zərərlidir?
ABŞ prezidenti Donald Tramp parasetamolun (Tylenol) istifadəsinin autizm riski ilə əlaqəli ola biləcəyini iddia edərək bu preparatdan imtina etməyə çağırıb. Lakin elm adamları bu iddiaların elmi əsaslara söykənmədiyini bildirirlər.
Manevr.az xəbər verir ki, nüfuzlu “Nature” jurnalında dərc olunmuş yeni tədqiqatda alimlər Trampın fikirlərinə cavab olaraq qeyd ediblər ki, parasetamol ilə autizm arasında birbaşa əlaqəni sübut edən etibarlı elmi sübutlar mövcud deyil.
ABŞ Qida və Dərman İdarəsi (FDA) preparatın təlimat vərəqəsinə "mümkün assosiasiya" ilə bağlı qeydi əlavə etsə də, İsveç və Yaponiyada aparılan genişmiqyaslı araşdırmalar bu riskin minimal olduğunu və ailəvi-genetik faktorlar nəzərə alındıqda praktiki olaraq aradan qalxdığını göstərib.
Maraqlı məqamlardan biri də odur ki, tədqiqatlarda eyni ailədə böyüyən uşaqlar – yəni bacı və qardaşlar arasında aparılan müqayisələr zamanı da parasetamolun istifadəsi ilə autizm arasında hər hansı bir əlaqə müşahidə edilməyib.
Mütəxəssislər bildirirlər ki, parasetamol hamiləlik dövründə ağrı və qızdırmanın azaldılması üçün hələ də ən təhlükəsiz dərman vasitələrindən biri hesab olunur. Onlar xəbərdarlıq edirlər ki, əsassız qorxular hamilə qadınlarda stress səviyyəsini artıra, nəticədə isə onlar lazım olan tibbi yardımdan vaxtında faydalana bilməyə bilərlər.
Alimlər əlavə ediblər ki, autizm diaqnozlarının sayının artması parasetamolun istifadəsi ilə deyil, əsasən, xəstəliyin diaqnostika meyarlarının dəyişməsi və cəmiyyətdə bu mövzu ilə bağlı məlumatlılığın artması ilə əlaqəlidir.ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar