Sizin Reklam Burada
Xəbər lenti
24-09-2025
23-09-2025
BÜTÜN XƏBƏRLƏR

Plastik əşyalardan istifadə uşaqlarda xroniki xəstəliklər yaradır

Tarix: 24-09-2025 14:32     Baxış: 325 A- / A+
Plastik əşyalardan istifadə uşaqlarda xroniki xəstəliklər yaradır - Yeni araşdırma
Plastik əşyalardan istifadə uşaqlarda yaranan bəzi xroniki xəstəliklərə səbəb olur. Araşdırmalara görə, plastiklərin istehsalında istifadə edilən bəzi kimyəvi maddələrə məruz qalmanın uzun müddətli sağlamlıq riskləri yarada, bu da ürək xəstəliyi, piylənmə, sonsuzluq və astma kimi xroniki xəstəliklərə səbəb ola bilər.

Manevr.az
qaynarinfo-ya istinadən xəbər verir ki, Nyu-York Universitetinin (NYU) Langone Sağlamlıq Mərkəzi tərəfindən aparılan araşdırmada mütəxəssislər minlərlə hamilə qadın, döl və uşağın izlənildiyi tədqiqatları təhlil edib.

Araşdırma zamanı plastikləri elastik etmək üçün istifadə olunan ftalatlar, möhkəmlik vermək üçün istifadə olunan bisfenollar və materialların istiyə davamlı olmasına, suyu itələməsinə kömək edən polifloroalkil maddələr (PFAS) olmaqla üç kimyəvi sinifə diqqət yetirilib.

Buna əsasən müəyyən edilib ki, bu kimyəvi maddələr hormon pozğunluqlarına, immun sistemində iltihablanmaya və beynin inkişafında problemlərə səbəb ola bilər.

Tədqiqatçılar uşaqlıq dövründə bu toksinlərə məruz qalmağın ürək xəstəliyi, piylənmə, sonsuzluq və astma kimi çoxsaylı xroniki xəstəliklərlə əlaqəli olduğunu bildiriblər.

Araşdırmanın əsas müəllifi və pediatr Leonardo Trasande verdiyi açıqlamada deyib:

"Tapıntılarımız plastiklərin ergenlikdən yetkinliyə qədər davam edən bir çox xroniki xəstəliyin erkən mənşəyində rol oynadığını göstərir”.

Trasande həmçinin plastik qabların əvəzinə şüşə və ya paslanmaz poladdan istifadə edilməsinin, plastiklərin mikrodalğalı sobada və ya qabyuyan maşında işlədilməməsinin faydalı olduğunu vurğulayıb.

Araşdırmanın nəticələri "The Lancet” jurnalında dərc olunub.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar