Sizin Reklam Burada
Xəbər lenti
30-10-2025
29-10-2025
BÜTÜN XƏBƏRLƏR

Bu yemək kişiləri vaxtından tez öldürür

Tarix: 23-09-2025 18:43     Baxış: 3108 A- / A+



Populyar yapon yeməyi kişilərdə erkən ölüm riskini artırır.
Manevr.az xarici mətbuata istinadla xəbər verir ki, Yaponiyanın Enedzava Qida Elmləri Universitetinin alimləri bu qənaətə gəliblər.
Araşdırma Journal of Nutrition, Health and Aging (JNHA) jurnalında dərc olunub.
Müəyyənləşdirilib ki, tez-tez ramen yemək kişilər arasında erkən ölüm riskini artırır. 
Tədqiqatda 40 yaşdan yuxarı 6700-dən çox iştirakçı iştirak edib. Onlar yeməyin istehlak tezliyinə görə qruplara bölünüb: ayda bir dəfə və ya daha az, həftədə üç dəfə və ya daha çox.
Nəticələr göstərib ki, ramen sevən şəxslərdə artıq çəki, siqaret çəkmə, spirtli içki qəbulu, eləcə də şəkərli diabet və hipertoniya kimi yanaşı xəstəliklər daha çox müşahidə olunub. Həftədə üç dəfə ramen yeyənlərin erkən ölüm ehtimalı artıb.
Xüsusilə 70 yaşdan yuxarı kişilər və şorbanı sona qədər içənlərdə risk yüksək olub. Alimlər bildiriblər ki, şorbanın tərkibində yüksək miqdarda duz və yağ olur. Bu isə qan təzyiqini artırır, çəki yığılmasına səbəb olur və ürək-damar sisteminə yük yaradır.
Tədqiqat müşahidə xarakterlidir və birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Lakin nəticələr göstərir ki, ramenin müntəzəm istehlakı, xüsusilə orta yaşlı kişilər üçün sağlamlıq riski amili ola bilər.milli.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar