Alimlər immuniteti xərçəng hüceyrələrinə qarşı "öyrədən" yeni dərman hazırlayıb.
Manevr.az milli.az-a istinadən xəbər verir ki, bu barədə Ruhr Universitetinin (Boçum, Almaniya) mütəxəssislərinin "Journal of Medicinal Chemistry" (JMC) jurnalında dərc olunan tədqiqatında bildirilib.
Yeni preparat hüceyrənin içinə daxil olaraq endoplazmatik retikulumda güclü oksidləşdirici stress yaradır. Bu proses nəticəsində immunogen hüceyrə ölümü deyilən nadir mexanizm işə düşür. Bu zaman hüceyrə sadəcə məhv olmur, həm də immun sisteminə siqnal göndərərək xərçəng hüceyrələrinin bütün orqanizmdə, o cümlədən metastazlarda tanınıb məhv edilməsinə şərait yaradır.
Hazırda preparat laboratoriyada uşaqlıq boynu xərçəngi hüceyrə xətləri üzərində sınaqdan keçirilib. Növbəti mərhələdə alimlər dərmanı yalnız şiş toxumalarında aktivləşdirmək üçün hədəfli çatdırılma sistemi üzərində işləyirlər. Bunun üçün ultrasəs və ya işıq vasitəsilə birbaşa şiş nahiyəsində aktivasiya üsulları nəzərdən keçirilir.
Tədqiqatçılar bildirirlər ki, klinik sınaqlar uğurlu olsa, bu yanaşma xərçəng müalicəsində tamamilə yeni sinif preparatların yaranmasına səbəb ola bilər. Belə dərmanlar yalnız şişi məhv etməklə kifayətlənməyəcək, həm də xəstənin immunitetini xərçəng hüceyrələrini tanımağa və onlara hücum etməyə "öyrədəcək", bununla da təkrarlanma (rətsidiv) riskini azaldacaq.
Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, real insan orqanizmində şişlərin mühiti laboratoriya şəraitindən daha mürəkkəbdir və hədəfli çatdırılma, dərin toxumalarda təhlükəsiz aktivasiya və gözlənilən immun cavabın səmərəliliyi hələ sübuta ehtiyac duyur.
 Xəbər lenti 
					
 
		Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















