Yay aylarında süfrələrin bəzəyi olan qarpızla bağlı tez-tez rast gəlinən suallardan biri budur:
Qarpız tumları udularsa, appendisit partlamasına səbəb ola bilərmi?
Manevr.az xəbər verir ki, tibbi ekspertlərin sözlərinə görə, bu inanc geniş yayılsa da, tam tibbi əsaslara söykənmir.
Cərrah-proktoloqlar bildirirlər ki, qarpız tumlarının birbaşa appendisitə səbəb olması çox nadir rast gəlinən haldır:
"Qarpız tumu və digər yeyilməməli xırda cisimlər nadir hallarda bağırsaqlarda ilişib qalaraq problem yarada bilər. Amma appendisit adətən bağırsağın iltihabıdır və buna səbəb olan amillər arasında infeksiya, bağırsaq tıxanıqlığı və ya limfoid toxuma şişməsi daha ön plandadır".
Tumlar təhlükəlidirmi?
Dietoloqlar isə qeyd edirlər ki, sağlam insan üçün az miqdarda qarpız tumu udmaq təhlükəli deyil:
"Əgər udulan tum miqdarı çox deyilsə, orqanizm onu təbii yolla atır. Amma bağırsaq problemi, xüsusilə daralma və ya keçiricilik pozuntusu olan şəxslər ehtiyatlı olmalıdır".
Pediatrların xəbərdarlığına görə, azyaşlı uşaqlarda qarpız tumu kimi sərt və udulması çətin qidalar boğulma və ya bağırsaq problemi riski daşıya bilər. Bu səbəbdən uşaqlara qarpız verilərkən tumlarının təmizlənməsi tövsiyə olunur.
Qeyd edək ki, qarpız tumlarının appendisitə səbəb olması mümkün olsa da, bu çox nadir və fərdi haldır. Əsas səbəblər arasında olmadığını həkimlər də təsdiqləyir. Lakin hər ehtimala qarşı tumları çeynəmədən udmaqdan çəkinmək və uşaqlara diqqət yetirmək faydalıdır.milli.az
Xəbər lenti
Qarpız tumunu udmaqla partlayan appendisit: Mif, yoxsa gerçək?

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar