Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bu yeməklər beyinə zərər verir

Tarix: 17-08-2025 15:41     Baxış: 368 A- / A+
Bu yeməklər beyinə zərər verir
Duzlu yeməklər beyinə ciddi zərər verə bilər.
Manevr.az xəbər verir ki, terapevt və dietoloq Elvira Fasenko bildirib ki, gündəlik duzun çox qəbulu beyində qan dövranını pozur, təzyiqi yüksəldir və damar mənşəli demensiya riskini artırır. O qeyd edib ki, beyin çox enerji tələb edən orqandır və neyronlar üçün davamlı qan axını və oksigen vacibdir, çox duz isə damarların daralmasına səbəb olur.
Həkim bildirib ki, yaş artdıqca risklər yüksəlir, arterial təzyiq artır və çox duzlu qidalanma yalnız ürəyə deyil, həm də beyin funksiyalarına zərər verir. Ümumdünya Səhiyyə Təşkilatı gündə maksimum 5 qram duz qəbulunu tövsiyə edir, lakin orta hesabla insanlar 9-15 qram duz qəbul edir. Əksər duz hazır qidalardan - çörək, pendir, souslar, kolbasa və yarımfabrikatlardan gəlir.
Fasenko əlavə edib ki, yüksək duz miqdarı orqanizmi öyrəşdirir, dad hissi zəifləyir və insanlar daha çox duz əlavə etmək istəyirlər. Duzun artıq miqdarı iltihabi prosesləri artırır, oynaq, mədə və böyrəklərə zərər verir, lakin beyinə təsiri daha sürətlidir. Həkim məsləhət görüb ki, duz qəbulunu dərhal məhdudlaşdırmaq beyin funksiyalarının daha uzun və yaxşı işləməsinə imkan yaradacaq.(milli.az)



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar