Journal of Environmental Psychology jurnalında dərc olunan son tədqiqatın nəticələrinə əsasən, göy rəng - xüsusilə də onun soyuq tonlu çalarları - insanın intellektual fəaliyyət zamanı yaşadığı stresi təxminən 28% azaldır.
Manevr.az xəbər verir ki, nevrofizioloqların apardığı bu araşdırma göstərib ki, göy rəng diqqət və konsentrasiyanı artıran neyromediatorların ifrazını stimullaşdırır. Bununla yanaşı, Böyük Britaniyanın Kolumbiya Universitetində aparılan digər bir elmi araşdırma isə mavi rəngin insan beyninin yaradıcılığa cavabdeh olan alın nahiyələrini aktivləşdirdiyini sübut edib. Tədqiqat göstərib ki, göy çalarlı mühitdə işləyən insanlar 33% daha çox yaradıcı və innovativ ideyalar irəli sürürlər.
Mövzuyla bağlı maraqlı bir tarixi fakt da diqqət çəkir. Apple şirkətinin həmtəsisçisi Steve Jobs, ilk Mac kompüteri üzərində işlədiyi dövrdə ofisini göy rəngdə dizayn edib. O, bu rənglərin ona "gələcəyi daha aydın görməyə kömək etdiyini" demişdi.
Mütəxəssislər bildirir ki, göy rəngdən düzgün istifadə etmək vacibdir. Tamamilə bu rənglə dizayn edilmiş məkanlar uzun müddətli istifadədə psixoloji diskomfort yarada bilər. Ən effektiv yanaşma - fərqli göy aksentlərdən istifadə etməkdir.(saglamolun.az)
 Xəbər lenti 
					
 
		Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















