Xəbər verdiyimiz kimi, Azərbaycanda xərçəng xəstələri ən çox süd vəzi xərçəngindən əziyyət çəkir. Deməli, ümumi 73 875 xərçəng xəstəsindən 18 639-u süd vəzi xərçəngidir.
Bəs bu sayın səbəbi nədir?
Manevr.az xəbər verir ki, onkoloq Afət Cəbrayılova Bizim.Media-ya açıqlamasında süd vəzi xərçənginin geniş yayılmasının səbəbləri barədə danışıb.
"Süd vəzi xərçənginin konkret səbəbi bilinmir. Bunun yaranmasının bir çox amili var. İlk olaraq, bura hormonal pozulmalar aiddir. Qadınlarda gedən hormonal dəyişikliklərə ən tez reaksiya verən süd vəzi toxumasıdır. Hormonal pozuntu, artıq çəki, piylənmə, şəkərli diabet  alkaqol, siqaret çəkmək kimi hallar süd vəzi xərçəngi olma ehtimalını artırır. Bu xərçəngin yaranmasında irsi amillər də rol oynayır".
Onkoloqun sözlərinə görə, sonsuzluğa görə illərlə aparılan hormonal müalicələr, süni mayalanma cəhdləridə süd vəzidə xərçəngə səbəb ola bilər.
"Çünki bu müalicələrdə yüksək dozda estrogendən istifadə olunur. Buna görə də süni mayalanma müalicəsinə başlanmadan süd vəzi yoxlanışı aparılmalıdır. Süd vəzi xərçənginin qarşısının alınması üçün 38 yaşdan yuxarı qadınlar ildə bir dəfə mamoqrafiyadan keçməlidirlər".
"Bu şəxslərdə risk daha yüksəkdir...".
"25 yaşdan yuxarı qadınlar ildə bir dəfə yoxlanış etməlidirlər. Ancaq ailəsində xərçəng, xüsusilə süd vəzi xərçəngi olan qadınlar daha erkən müayinəyə başlamalıdırlar. Çünki onlarda risk daha yüksəkdir"- Afət Cəbrayılova sonda qeyd edib.
 Xəbər lenti 
					
 
		Bu şəxslərdə süd vəzi xərçəngi riski daha YÜKSƏKDİR - XƏBƏRDARLIQ

	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















