Xəbər lenti
“Uşaqlarda bəzi vərdişlər “virtual autizm” yarada bilər” - Psixoloq

Manevr.az-ın xəbərinə görə, sfera.az-a açıqlama verən neyropsixoloq Aytəkin Aslan bildirib ki, uşağın beynində inkişaf prosesləri əsasən təcrübə əsasında formalaşır.
Onun sözlərinə görə, televizor, telefon kimi passiv stimullar uşağın inkişafı üçün zərərlidir:
“Uşaq doğulduqda beynində təxminən 100 milyard neyron olur. İlk illərdə bu neyronlar arasında trilyonlarla sinaps əlaqələri yaranır ki, bu proses sinaptogenez adlanır. Ən intensiv dövr isə xüsusilə 0–3 yaş arasıdır. Hər saniyədə yüzlərlə yeni əlaqə qurulur. Əgər bu müddətdə uşaq televizor qarşısında və ya oyun asılılığı ilə vaxt keçirirsə, gələcək bacarıqlarının inkişafı əngəllənə bilər”.
Mütəxəssis bildirib ki, erkən yaşda ekran təmasının olmasıdopamin balansını dəyişir, uşaqlarda tez mükafat gözləmə vərdişi formalaşdırır, diqqət sistemini yükləyir:
“Sürətli kadr dəyişiklikləri, parlaq rənglər və reklamlara baxmaq sosial və dil mərkəzlərini passivləşdirir. İki yaşdan kiçik uşaqlar üçün ekran önündə vaxt keçirmək ümumiyyətlə tövsiyə olunmur. 3–6 yaş üçün gündə maksimum 30 dəqiqə, 1–4-cü siniflər üçün 45 dəqiqə, 5-ci sinif və yuxarı yaş qrupları üçün isə 1 saat məsləhət görülür”.
Aytəkin Aslan vurğulayıb ki, bu həddin aşılması sosial anksiyete, hiperaktivlik, diqqət çatışmazlığı, narahatlıq, yuxu pozuntuları, əzələ-oynaq ağrıları, hətta akademik uğursuzluqlara səbəb ola bilər:
"Bəzi uşaqlar ilin əvvəlində dərslərinə maraqlı yanaşır, lakin oyun asılılığı artdıqca göstəriciləri zəifləyir. Həyatdan zövq ala bilməmək, tədbirlərdən və ünsiyyətdən qaçmaq da müşahidə olunur".

Neyropsixoloq sosial mediada uşaqların izlədiyi paylaşımların da psixoloji təsirlərindən danışıb. Onun sözlərinə görə, yaş məhdudiyyəti olan məzmunlara valideyn nəzarəti çox vaxt olmur və bu, uşaqlarda ailəyə və özlərinə qarşı qəzəb, aqressiya yarada bilər. Bundan başqa, tanımadıqları şəxslərlə onlayn əlaqə qurmaq istismar riskini artırır.
Autizmlə bağlı məsələyə də toxunan Aytəkin Aslan deyib ki, bu, genetik və neyrobioloji əsaslı inkişaf pozuntusudur və yeganə səbəbi ekran deyil:
“Lakin həddindən artıq ekran qarşısında qalmaq autizmli uşaqlarda simptomları gizlədə, mövcud sosial ünsiyyət çətinliklərini dərinləşdirə bilər. Bəzən biz buna “virtual autizm” deyirik. Bu, həqiqi autizm deyil, lakin ekrana bağlılıq nəticəsində oxşar ünsiyyət geriliyi yaranır. Real ünsiyyət imkanları artırıldıqda, məsələn, bağça, məktəb, kurs, idman və müxtəlif tədbirlərdə iştirak etdikdə bu əlamətlər azala bilər”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar