Xəbər lenti
"Görünməz qatil" - Hər il minlərlə insanı öldürür - Həkim XƏBƏRDARLIĞI
Bəs insanlar bu xəstəliklərdən qorunmaq üçün gündəlik həyatda hansı qaydalara əməl etməlidir?
Manevr.az-ın xəbərinə görə, məsələ ilə bağlı sfera.az-a açqılama verən Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin sədr müavini, kardioloq Rəşad Mahmudov bildirib ki, yüksək qan təzyiqi çoxlarının fərqinə varmadığı, lakin səssizcə həyatımıza zərbə vuran “görünməz qatil”dir:
“Təzyiq çox vaxt xəbərdarlıq etmədən yüksəlir və biz hiss etmədən illərlə damarlarımızı zədələyir. Yüksək duzlu qidalar, hərəkətsizlik, artıq çəki, siqaret, stress və irsi faktorlar bu təhlükəni daha da artırır. Nəticədə infarkt, insult və qəfil ölümlə üz-üzə qalırıq”.

Deputat qeyd edib ki, bu taleyi dəyişmək insanların əlindədir. Onun sözlərinə görə, gündəlik həyat tərzində ediləcək kiçik dəyişikliklər böyük fərq yarada bilər:
“Duzu azaltmaq, daha çox tərəvəz və meyvə yemək, yağ və şəkəri məhdudlaşdırmaq, hər gün ən az yarım saat hərəkətdə olmaq, bol maye qəbul etmək, çəkini normada saxlamaq, siqareti tam tərgitmək və stressi idarə etmək həm ürəyimizi, həm də beynimizi qoruyan ən güclü silahlardır”.
Mahmudov xatırladıb ki, müasir dövrdə insan həyatı üçün ikinci böyük təhlükə xərçəngdir:
“Onun qarşısında da eyni qaydalar güclüdür: təmiz və təbii qidalanmaq, siqaretdən uzaq durmaq, zərərli kimyəvi təsirlərdən qorunmaq, günəşin zərərli şüalarına uzun müddət məruz qalmamaq və vaxtaşırı tibbi müayinədən keçmək vacibdir”.
Mütəxəssis vurğulayıb ki, həm yüksək qan təzyiqi, ürək-damar xəstəlikləri, həm də xərçəng çox vaxt birdən yox, illərlə yığılan səhvlərin nəticəsində ortaya çıxır:
"Kiçik, amma davamlı sağlam seçimlər etmək ən yaxşı dərman, ən güclü profilaktikadır. Bu, təkcə ömrümüzün uzunluğuna deyil, həm də onun keyfiyyətinə müsbət təsir edir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar