Xəbər lenti
Həkimdən XƏBƏRDARLIQ: "Onlar ölüm riski altındadırlar"

Manevr.az xəbər verir ki, bunu Lenta.ru-ya Rusiya Dövlət Təhsil Universitetinin Tibb Fakültəsinin Cərrahiyyə kafedrasının müəllimi Aleksandr Umnov deyir.
Umnov bildirib ki, istənilən alkoqollu içkilər insult riskini artıra bilər, belə ki, onların istehlakı aşağıdakı xəstəliklərə və şərtlərə səbəb olur: hipertoniya, qaraciyərin zədələnməsi, böyrək çatışmazlığı, xolesterinin əmələ gəlməsinə və qan damarlarının divarlarında çökməsinə kömək edir. O, insultun ən çox görülən səbəbinin beyindəki arteriyanın trombun tıxanması olduğuna diqqət çəkib.
"Spirtli içki qəbul edən və artıq insult keçirən, lakin spirtli içkidən əl çəkməyənlər ölüm riski altındadılar", - həkim xəbərdarlıq edib.
Həkim onu da xatırladıb ki, tez-tez şirin soda qəbulu mədə ilə yanaşı ürək-damar sistemi üçün də təhlükəlidir. O, izah edib ki, zavod istehsalı olan bir çox içkilər çoxlu miqdarda şəkər və konservantlar əlavə edilmiş konsentratlardan hazırlanır.
"Ümumiyyətlə, şəkərli və ya şəkərsiz energetik içkilər ürəyin sağlamlığına mənfi təsir göstərir. Əksər insultlar insanların təzyiqinə, nəbzinə nəzarət etməməsi, vaxtında həkimə müraciət etməməsi, lazımi dərmanları qəbul etməməsi, düzgün qidalanmaması səbəbindən baş verir. Əgər kardioloqa müraciət etsəniz, o, mütləq deyəcək ki, ən vacib iş ürəyin yükünü azaltmaq və qan dövranını yaxşılaşdırmaqdır", - Umnov bildirib.
Həkimin sözlərinə görə, bu maddələri nəzarətsiz şəkildə qəbul etməyə davam etdikdə, insan yalnız taxikardiyanı sürətləndirəcək və bu da nəticə etibarilə insultla nəticələnə bilər.publika.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar