Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xınalıqda 2500 il yaşı olan qədim nekropol aşkarlandı - FOTO

Tarix: 13-07-2018 13:57     Baxış: 4360 A- / A+
Xınalıqda 2500 il yaşı olan qədim nekropol aşkarlandı - FOTO


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Xınalıq arxeoloji ekspedisiyası Quba rayonunun Xınalıq kəndinin cənub-şərqində e.ə. I minilliyin ortalarına və ikinci yarısına aid edilən qədim nekropolu aşkar edib.

Manevr.az xəbər verir ki, İnstitutdan Trend-ə verilən məlumata görə, ilkin aşkar edilmiş və tədqiq olunmuş 12 qəbir əsasən şərq-qərb istiqamətlidir, daş plitə parçaları ilə divarları üzlənmiş və üzəriləri daş plitələrlə örtülüb. Aşkar edilmiş skeletlər əsasən sağ, həmçinin sol böyürü, həm də beli üzərində uzadılmış vəziyyətdədirlər. Onların kəllələri şimal-qərbə istiqamətlənib. Skeletlər və onlardan nümunələr antropoloji və d. çeşidli analizlər üçün götürülüb.

Tədqiq edilmiş qəbirlərdə zəngin dəfn inventarı - tunc və dəmirdən hazırlanmış silahlar (nizə, ox ucluqları və d., o cümlədən, iskitlərə xas ox ucluğu), tuncdan bəzək əşyaları (qolbaqlar, asmalar, tac formasında dəmir lövhələr - alınlıqlar, saç sancaqları və d.), çoxsaylı əqiq, pasta mənşəli muncuqlar və d. maddi mədəniyyət nümunələri aşkar edilib.

Maddi mədəniyyət nümunələri ərazinin müasir Azərbaycanın şimali-qərb və şimali-şərq regionları, həmçinin, müasir Dağıstan (Rusiya Federasiyası) ilə öz dövründə intensiv mədəni əlaqələrə malik olmasını bariz nümayiş etdirir:

"Nekropolda hələlik tədqiq edilmiş 12 qədim qəbirin tarixini təqribən e.ə. I minilliyin ortalarına və ikinci yarısına, ehtimalımıza görə, e.ə. V-III əsrlərə aid etmək olar. Bu ehtimalı qəbirlərin quruluşu, dəfn inventarındakı materiallar əsasında irəli sürə bilərik. Amma gələcəkdə ərazidə daha geniş arxeoloji və arxeometrik araşdırmalar nekropolun sərhədlərini və zaman çərçivəsini dəqiqləşdirəcək. Digər tərəfdən, nekropolun mövcudluğu yaxınlıqda həmdövr qədim məskənlərin də olmasına işarə edir".

Ekspedisiya rəhbəri İdris Əliyevin bildirdiyinə görə, Xınalıq nekropolunun aşkar edilməsini, Azərbaycan arxeoloji xəritəsində daha bir "boşluğun" aradan qaldırılması kimi dəyərləndirmək olar. İndiyə qədər özünüməxsus coğrafi mövqeyinə və relyefinə görə bu zonanın qədim dövrdə izolə edilmiş ərazi olması barədə fikirlər mövcud idi:

"Kəşfin və tədqiqatların böyük elmi əhəmiyyəti ondan ibarətdir ki, əldə edilmiş ateriallara görə, son-tunc - ilk dəmir dövrünün sonu ilə antik dövrün ərəfəsi arasındakı zaman kəsiyində ərazidə və bütövlükdə regionda ciddi məskunlaşmanı, qarşılıqlı mədəni münasibətləri ehtiva edən intensiv proseslərin getdiyi barədə tam yeni bir fikiri irəli sürmək mümkündür".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar