Sizin Reklam Burada
Xəbər lenti
02-02-2026
01-02-2026
BÜTÜN XƏBƏRLƏR

Mətbuat Şurası tanınmış jurnalistin ölümü ilə bağlı nekroloq yazıb

Tarix: 02-03-2020 14:27     Baxış: 4307 A- / A+
Mətbuat Şurası tanınmış jurnalistin ölümü ilə bağlı nekroloq yazıb

Görkəmli ziyalı, respublikanın əməkdar jurnalisti Hidayət Əkbər oğlu Zeynalov martın 1-də vəfat edib.

Mətbuat Şurası mərhumun ölümü ilə əlaqədar nekroloq yazıb.

Nekroloqda deyilir: “Hidayət Zeynalov 1926-cı ildə Qazaxda doğulub. Bakı darülfünunun fars dili və ədəbiyyatı fakültəsini bitirib. Ömrünün 40 ildən çoxunu "Kommunist" (indiki “Xalq qəzeti”) qəzetində çalışıb. Burada ştatdankənar müxbirlikdən şöbə müdiri vəzifəsinə qədər yüksəlib.

Hidayət Zeynalov gözəl təbiət oçerkləri ilə tanınmış parlaq sima idi. Jurnalistikaya yaradıcı yanaşması ilə yanaşı, özünün təşkilatçılığı ilə də seçilib. O, cəmiyyəti düşündürən məsələlərə, problemlərə hər zaman həssas yanaşıb.

Qocaman qələm sahibi jurnalistika örnəyinə də çevrilməyi bacarıb. Yaradıcılığının mühüm hissəsini təşkil edən oçerkləri dəfələrlə kitab halında nəşr olunaraq Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində tədris edilib.

H.Zeynalov həmçinin gənc jurnalistlərin peşə bacarıqlarına yiyələnmələrinə də özünün layiqli töhfəsini verib. Səmimiliyi, qayğıkeşliyi, dostcanlılığı ilə seçilmiş qocaman jurnalist mənalı ömür yolu ilə ürəkləri fəth etmiş zirvədir. Onun əziz xatirəsi daim yaddaşlarda qalacaq, qədirbilənliklə anılacaq.

Allah rəhmət eləsin!”.


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar