Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni oğurluğu sübuta yetirildi – 57 illik fakt

Tarix: 05-08-2019 18:15     Baxış: 3385 A- / A+
Erməni oğurluğu sübuta yetirildi – 57 illik fakt

Erməni mənbələrinə əsasən erməni milli musiqi tarixinin əsasını qoyanlardan biri Aram Xaçaturyan bir çox hallarda məhz Azərbaycan xalq musiqisinə müraciət edib. O, musiqilərimizi emal edib, dəyişib və bundan sonra özünün “böyük” kompozisiyalarında istifadə edib.

Manevr.az xəbər verir ki, bu barədə məşhur sovet musiqişünası Georgi Xubovun 1962-ci ildə yazılan “Aram Xaçaturyan – Monoqrafiya” adlı kitabında qeyd olunub.

Müəllif kitabın 434-cü səhifəsində yazıb ki, Xaçaturyan əsasən Azərbaycan, özbək, tacik və başqırdların musiqisindən istifadə edib:

“O, həmçinin türk musiqisini də mənimsəyib. Aramın anası bir çox Azərbaycan və gürcü mahnısı bilirdi və tez-tez oğlu üçün onları ifa edirdi. Xaçaturyan uşaqlığından Azərbaycan musiqisi ilə bürünüb. Bu təəssüratlar onun musiqi təfəkkürünün əsaslarını müəyyənləşdirdi və Aramın bəstəkar duyumunu inkişaf etdirməsinə imkan yaratdı”.

Aram Xaçaturyanın bəstələdiyi simfonik poemanın Azərbaycanın Tovuz rayonundan olan Aşıq Mirzənin yaradıcılığından götürülməsinə dair təsdiqlənmiş faktlar çoxdur.

Xubovun kitabının 112-ci səhifəsində yazılıb:

“1937-ci ildə bəstəkar tərəfindən istedadlı Azərbaycan aşığı Mirzənin sözlərinə yazılmış və təvazökarlıqla "Aşıq nəğməsi" adlandırılmışdır. Maraqlıdır ki, bu simfonik poemanın melodik xəttində və ritmik hərəkətin konturlarında Azərbaycan xalq musiqisinin, xüsusən də muğamların xarakterik melodiyalarını doğuran xüsusiyyətlər aydın şəkildə ortaya çıxır.

Oxucular Xaçaturun melodiyasını “Dügah dəstgahı” muğamının təsnifinin əvvəli ilə müqayisə etsələr, bundan əmin ola bilərlər”.

Sovet yazıçısı və ədəbiyyatşünası İrakli Andronikov da 1975-ci ildə dərc olunmuş “Seçilmiş əsərlər” kitabının ikinci cildində Xaçaturyanın öz yaradıcılığında Azərbaycan və gürcü musiqisindən istifadə etməsi faktını qeyd edib:

“Aram Xaçaturyanın “Qayane” baletində “Ləzginka” gürcülərindir, Azərbaycan ritmləri isə “Rəqs dəsti” və “Klarnet, skripka və fortepiano üçün trio”da müşahidə olunub. Azərbaycanın “Vağzalı”, “Uzundərə”, “Mirzəyi” və “Muşlu oğlan” kimi xalq mahnı və rəqslərini Aram Xaçaturyan ermənilərinki kimi qələmə verib”.kult.az

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar