Sizin Reklam Burada
Xəbər lenti
24-11-2026
23-11-2026
BÜTÜN XƏBƏRLƏR

Beyləqanda qədim izlər tapıldı

Tarix: 25-11-2026 12:32     Baxış: 424 A- / A+

Beyləqan rayonunun Təzəkənd kəndində aparılan arxeoloji qazıntılar zamanı qədim yaşayış yerinə aid yeni tikili qalıqları aşkarlanıb.

Manevr.az xəbər verir ki, bu barədə AMEA Arxeologiya və Antropologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
İnstitutun elmi əməkdaşı Abdulla Abdullayevin rəhbərlik etdiyi ekspedisiya 2026-cı ilin iyul ayında ərazidə kəşfiyyat işləri aparıb, avqustda isə yoxlama şurfu qoyub. Əsas arxeoloji qazıntılar sentyabrın 14-dən oktyabrın 13-dək davam edib.
Altı kvadrat üzrə aparılan tədqiqatlar nəticəsində mədəni təbəqənin təxminən bir metr dərinliyədək uzandığı müəyyən edilib.
Qazıntılar zamanı ərazinin A kvadratında 97 santimetr dərinlikdə 40x35 santimetr ölçülü çiy kərpiclərdən döşəmə, B kvadratında isə 92-93 santimetr dərinlikdə bişmiş qırmızı kərpicdən hörgü qalıqları tapılıb. Həmçinin keramika nümunələri, tikinti materialları və sümük qalıqları aşkarlanaraq qeydə alınıb.
Qeyd edək ki, Təzəkənd abidəsi ilk dəfə 1936-cı ildə İ.P. Şeblıkin tərəfindən aparılan yerüstü kəşfiyyat zamanı qeydə alınıb. Ərazidə sistemli arxeoloji tədqiqatlara isə 1953-1957-ci illərdə A.A. İessenin rəhbərlik etdiyi Örənqala ekspedisiyası tərəfindən başlanılıb. Q.M. Əhmədovun 1957-ci ildə apardığı qazıntılar zamanı mədəni təbəqənin 3,5 metr dərinliyədək davam etdiyi müəyyənləşdirilib.
Əvvəlki tədqiqatlar zamanı aşkarlanan keramika nümunələri və Roma imperatoru Oktavian Avqustun dövrünə aid gümüş denarilər burada məskunlaşmanın eramızdan əvvəl II-I əsrlərdən eramızın V-VII əsrlərinədək davam etdiyini göstərir.
Arxeoloqlar A.A. İessen və Q.M. Əhmədov Təzəkənd abidəsini ilk orta əsrlərdə mövcud olmuş Paytakaran şəhərinin qalıqları ilə əlaqələndiriblər. Bu ehtimalın yoxlanılması və aşkarlanan tikililərin planının dəqiqləşdirilməsi üçün qazıntı sahəsinin genişləndirilməsi, əlavə tarixləndirici materialların əldə edilməsi nəzərdə tutulur.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar