Xəbər lenti
Flora Kərimovanın səhhəti ilə bağlı açıqlama
Xalq artisti Flora Kərimovanın müalicəsi xəstəxana şəraitində davam etdirilir.Manevr.az xəbər verir ki, bu barədə report-a sənətkarın köməkçisi Yaqut İmanova məlumat verib.
Onun sözlərinə görə, xalq artistinin səhhəti normaldır.
"Biz onsuz da hər il iki dəfə onu həkim müayinəsinə gətiririk. Bu dəfə həkimlər belə məsləhət gördü ki, bir az xəstəxana şəraitində müalicə alsın. Hazırda xəstəxanadadır. Qidalanması da, əhvalı da normaldır".
Yaqut İmanova xalq artistinin evə buraxılmasına həkimlərin qərar verəcəyini deyib.
"Hələlik evə buraxılması gözlənilmir. İrəliləyən günlərdə ola bilər".
Qeyd edək ki, bir neçə gün öncə Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































