Xəbər lenti
Anar: “Əkrəm Əylisli məndən inciyib, əgər barışmaq istəyirsə…”

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin Xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasimində etdiyi çıxış geniş müzakirələrə səbəb olub. A.Rzayev çıxışında taleyin ironiyasına diqqət çəkərək bildirib ki, artıq dostlarının vida mərasimlərində, dəfnlərində çıxış edir. O, tənha qaldığını, yaxın dostlarının tədricən dünyadan köçdüyünü qeyd edib.
Sitat: “Elçin mənim üçün yalnız istedadlı yazıçı yox, həm də çox vəfalı və etibarlı dost idi. İndi bilmirəm kimə zəng edəcəyəm. Artıq neçə illərdir ki, dostlarımın dəfn mərasimlərində çıxış edirəm. Bu mənim üçün çox ağırdır”.
Çıxışı zamanı yazıçının kövrəlməsi, ağlaması da görənləri xeyli duyğulandırıb.
Anarın yaşıddaşı olan şair və yazıçıların sırası seyrəlsə də o nəslin nümayəndələrin də hələ yaşayanlar var. Şair Məmməd İsmayıl və Ramiz Rövşənlə də Anarın normal münasibətlərinin olduğu deyilir. Amma o, Elçin Əfəndiyevlə daha yaxın dostluq edirmiş. Buna görə də onun həyatdan köçməsi AYB sədrini sarsıdıb. Anar Rzayevin bir yaşıddaşı da yazıçı Əkrəm Əylislidir. Amma onlar uzun illərdir küsülüdürlər. Bu haqda hər iki yazıçı müxtəlif vaxtlarda mətbuata açıqlama veriblər.
Manevr.az-ın xəbərinə görə, Globalinfoaz-a danışan Anar Rzayev deyib ki, dostluq etdiyi bir neçə şəxs var.
O, Əkrəm Əylisli ilə küsülü olmadığını bildirib:
“İnanın ki, heç kimlə küsülü deyiləm. Ramiz Rövşən cavan olsa da ən yaxın dostlarımdan biridir. Sadəcə, Elçin Əfəndiyev mənimlə həmyaşıd idi. Məmməd İsmayılla da hər zaman gözəl münasibətlərim olub. Əkrəm Əylisli ilə barışmaq məsələsinə gəlincə isə, o məndən inciyib. Barışmaq istəyirsə, buyursun, barışıq əlini uzatsın. O yaşım deyil ki, kiməsə nəyisə izah edib, addım atam. Çünki baş verənlərdə mənim heç bir günahım yoxdur. Ona görə də əl uzatmıram”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar