Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Deputat "Komedixana"dan yazdı: Bütün sahələrində belə olmalıdır

Tarix: 03-05-2025 19:16     Baxış: 3176 A- / A+

Deputat "Komedixana"dan yazdı: Bütün sahələrində belə olmalıdır
"Komedixana"nı izləyirəm. Kiçik istisnalar xaric çox maraqlı mətn və ifa performansı ilə diqqət çəkir. Əksər hallarda bayağılığa deyil, mənaya gülə bilirsən".
Manevr.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa deyib. O əlavə edib ki, yaxşıları həvəsləndirmək vacibdir:
"Hərdən gülüş epizodlarında özlərini tuta bilməyib gülməkləri də səmimi alınır. Aktyor və rejissor məktəblərinin əsasən tənəzzülə uğradığı bir dönəmdə belə bir aktyor icmasının tamaşaçı qarşısına çıxması sevindiricidir. Fərqli müəlliflər tərəfindən mətn bolluğu yaratsalar, daha çeşitli tamaşalar göstərə bilərlər. Əslində ayrı-ayrı qruplarda, filmlərdə gördüyümüz aktyorlardır, ancaq buradakı birlikdəlikləri xeyli uğurlu alınıb. Yaxşıları həvəsləndirmək vacibdir, səhnəmizdə bayağılığın azalması üçün bunların çoxalması vacibdir. Sənətin bütün sahələrində belə olmalıdır. Kimisə sənətdən məcburi uzaqlaşdırmırsan, ancaq gedişatda öz bayağı performasına müştəri tapmaqda çətinlik çəkir. 
Aktyorlara, prodüsser, ssenarist və rejissora uğurlar diləyirəm".ölkə.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar