Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə silsilə tədbirlər keçirillib -FOTOLAR

Tarix: 02-06-2017 21:49     Baxış: 31 234 A- / A+
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə silsilə tədbirlər keçirillib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə silsilə tədbirlər keçirilib.

Sumqayıt şəhər Nəsimi adına Mədəniyyət və istirahət parkında keçirilən bayram tədbirində N.Nərimanov adına Mədəniyyət Mərkəzinin, “Dostluq” mədəniyyət evinin, Şəhər Mədəniyyət Evinin və 4 saylı Diyarşünaslıq klubunun rəsm dərnəyi üzvlərinin sərgisi nümayiş olunub. Tədbirdə N.Nərimanov adına mədəniyyət mərkəzinin “Dəcəllər” rəqs qrupu, C.Cabbarlı adına mədəniyyət evinin “Turan” rəqs qrupu, “Dostluq” mədəniyyət evinin “Şahinlər” rəqs qrupu, Şəhər Mədəniyyət Evinin “NİCE” rəqs qrupu, “Xəzər ulduzları” mahnı və rəqs ansamblının ifasında Azərbaycan və dünya xalqlarının rəqsləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Konsertdə gənc solistlər Pənah Məmmədov, Kamil Ağazadə, Zaur Yusifli, Sevda Akkayanın ifasında xalq və bəstəkar mahnlıları, popurilər dinlənilib.

Tədbirin sonunda mədəni-kütləvi tədbirlərdə iştirakına görə bir sıra mədəniyyət işçiləri N.Nərimanov adına mədəniyyət mərkəzi tərəfindən fəxri fərmanla təltif olunublar.

Sumqayıt Dövlət Rəsm Qalereyası və Ə.Bakıxanov adına UİM-in birgə təşkilatçılığı ilə keçirilən tədbbirdə məktəbin rəsm sinfinin şagirdlərinin 130-a yaxın əl işlərindən ibarət sərgisi nümayiş olunub.

Daha sonra çıxış edən məktəbin direktoru Vaqif Süleymanov, Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova, məktəbin rəsm müəllimi Nəsibə Şükürova balaca rəssamların qazandığı uğurlardan danışıb, yeni nailiyyətlər arzulayıblar.

Məktəbin müəllim və şagirlərindən ibarət musiqi kollektivi tədbirə öz mahnı töhfələrilə rəng qatıblar.

Uşaqların Beynəlxalq Müdafiaəsi günü ilə bağlı daha bir tədbir Sumqayıt Plaza Hoteldə gerçəkləşib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin dəstəyi, Cahan ART studiyanın (rəhbər: Nigar Novruzova) təşkilatçılığı ilə keçirilən tədbirdə 47 uşağın 100-ə yaxın əl işlərindən ibarət sərgi nümayiş olunub.

Tədbirlərə qatılan Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov uşaqlarla səmimi söhbət edib, bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Manevr.az

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə silsilə tədbirlər keçirillib

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə silsilə tədbirlər keçirillib
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə silsilə tədbirlər keçirillib
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə silsilə tədbirlər keçirillib
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə silsilə tədbirlər keçirillib
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə silsilə tədbirlər keçirillib
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə silsilə tədbirlər keçirillib
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə silsilə tədbirlər keçirillib
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə silsilə tədbirlər keçirillib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar