Xəbər lenti
Mübariz Mənsimov daha 100 azərbaycanlı tələbəyə təqüad verəcək
Mübariz Mənsimovun sahibi olduğu "Palmali” Şirkətlər Qrupu Türkiyədə təhsil alan daha 100 azərbaycanlı tələbəyə təqaüd vermək qərarına gəlib.
Bu barədə məlumat "Palmali” Şirkətlər Qrupu tərəfindən verilib.
Məlumata görə, "Palmali”nin növbəti təqaüd proqramına cəlb olunacaq tələbə seçimində yenə əsasən 3 kateqoriyaya aid tələbələrə üstünlük veriləcək:
– Şəhid ailələri
– Qazi ailələri
– Məcburi köçkün ailələri
Qeyd olunur ki, "Palmali”nin yeni təqaüd proqramı üzrə sənədlərin qəbulu 2019-cu il 1-31 may aralığında həyata keçiriləcək.
Proqrama qatılmaq istəyən tələbələrin zəruri sənədləri tam siyahı və bir faylda təqdim etmələri xahiş olunur.
Bildirilir ki, sənədlərin araşdırılmasından sonra seçiləcək 100 tələbəyə təqaüdlərin verilməsinə növbəti tədris ilindən başlanılacaq.
Proqrama qatılmaq istəyən tələbələr ətraflı məlumatı www.palmaliegitim.com saytından əldə edə bilərlər.
Xatırladaq ki, "Palmali” Şirkətlər Qrupu indiyə qədər 20 mindən artıq tələbəyə təqaüd verərək, onların maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yardım göstərib. (yenicag.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar