Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Deputat: “Bizim də dollar kreditimiz var idi...”

Tarix: 01-03-2019 15:24     Baxış: 2374 A- / A+
Deputat: “Bizim də dollar kreditimiz var idi...”

"Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman xalqın rifahının yaxşılaşmasına xidmət edir. Bu, çox böyük addımdır”.

Manevr.az xəbər verir ki, bunu "report”a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

O bildirib ki, bəzi ölkələrdə bu problem hələ də həll edilməyib: "Bəzi ölkələrdə bu istiqamətdə qərarlar qəbul edilsə də, yerinə yetirilmədi. Çünki bunun həyata keçirilməsi üçün mexanizm olmalıdır. Bu müddətdə Azərbaycan hökumətinə Amerika, Rusiya, Qazaxıstan, Ukrayna modelləri təklif olunub. Burada kreditin müvafiq qurumlar arasında bölünməsindən söhbət gedirdi. Hökumət isə bu yükü öz üzərinə götürdü. Bu addım milyonlarla insanın mənafeyinə xidmət edir. Bu fərmandan bizim də ailəmiz yararlanacaq, dollar kreditimiz var. Bunun üçün Prezident İlham Əliyevə təşəkkür edirəm. Bəzi şəxslərin nə deməsindən asılı olmayaraq, bu fərman əhalinin köməyə ehtiyacı olan hissəsi üçün nəzərdə tutulub. Fərmanda qeyd olunub ki, güzəşt 10 min dollara qədər olan kreditlərə aiddir. Bu addımlarla islahatların davam edəcəyi göstərilir. Hazırki islahatlar həqiqi inqilabi islahatlardır”.

Deputat xatırladıb ki, məzənnə üzrə əsas dəyişikliklər 2015-ci ilin 21 fevral və 21 dekabr tarixlərində baş verib: "Xarici valyutada alınmış kreditlərin manat ekvivalentində yükü 0,78 AZN/USD məzənnə ilə necə idisə, həmin səviyyəyə endiriləcək. Həm 21 fevralda, həm də 21 dekabrda baş vermiş məzənnə dəyişiklikləri nəticəsində manat ekvivalentində borc yükü artmış kreditlər tənzimlənəcək, əlavə ödənilən vəsait kompensasiya şəklində geri qaytarılacaq. Bu, çox ciddi məsələdir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar