Xəbər lenti
"10 min dollaradək krediti olan vətəndaşın 5 min dollar borcu silinir"
"Prezidentin bu gün imzaladığı fərman uzun müddətdir müzakirə olunan və əhalini narahat edən sosial məsələlərdən birinin həlli deməkdir".
Manevr.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov "Facebook" səhifəsində ölkə başçısının problemli kreditlərin həllinə dair imzaladığı Fərmanı şərh edərkən deyib.
V.Bayramovun sözlərinə görə, Fərman yüz minlərlə insanın güzəştlərdən istifadə etməsi anlamına gəlir:
"Xarici valyutada kredit götürmüş fiziki şəxslər bu güzəştlərdən faydalanmaq imkanı qazanacaqlar. Güzəşt 10 min dollar həcmində olan kreditlərə tətbiq olunacaq. Güzəştin müəyyənləşdirilməsi üçün iki dövr nəzərdə tutulub. Birinci dövr 1 yanvar 2012-ci ildən 21 fevral 2015-ci ilədək dövrü əhatə edir. Qeyd olunan müddətdə hər dollara 0.25 qəpik güzəşt tətbiq olunacaq. Bu o deməkdir ki, əgər vətəndaş birinci devalvasiyaya qədər 10 min dollar kredit götürmüşdüsə, onun manatla ifadəsi 7800 manat idisə, devalvasiyadan sonra məbləğ 10500 manata çatdmışdı. Hər dollara 0.25 qəpik tətbiq olunduğu üçün, 10500 manatdan 2500 manat çıxılacaq. Qalan məbləğ praktik olaraq devalvasiyadan əvvəlki məbləğə çatdırılacaq".
Ekspert qeyd edib ki, 10 min dollaradək kredit götürmüş vətəndaşlara 6 min manat güzəşt tətbiq ediləcək:
"İkinci dövr 2015-ci il fevralın 21-dən dekabrın 21-dək olan tarixləri əhatə edir. Bu müddətdə götürülən kreditlərin hər dollarına 0.60 qəpik tətbiq olunacaq. Bu hər 10 min dollara görə 6 min manat güzəştin tətbiq olunması anlamına gəlir. Hər bir vətəndaşa tətbiq edilən güzəştin maksimum məbləği 5 min dollar olacaq. Bu da o deməkdir ki, 10 min dollara qədər kredit götürən vətəndaşa 5 min dollara qədər güzəşt əldə etmək imkanı verilir.
Qalan məbləğlərin ödənilməsilə bağlı vətəndaşlara banklardan 5 il müddətinə illik 0,1 faiz olmaqla güzəştli kredit götürmək imkanı veriləcək. Bu güzəştin tətbiqi üçün Mərkəzi Bank kommersiya banklarına 682 milyon manat ödəyəcək".
V.Bayramov qeyd edib ki, eyni zamanda, Fərmanla banklar tərəfindən hesablanmış artıq faizlər, cərimələr silinir:
"Həmçinin, problemli kreditlərlə bağlı məhkəmələrdə olan işlərin geri çağırılması tövsiyə olunur".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar