Xəbər lenti
Qızını erməniyə ərə verən Ağadadaş dünənki görüşdən qovulub - VİDEO
Xəbər verdiyimiz kimi, dünən Moskvada Azərbaycan və Çeçenistan rəsmiləri arasında görüş keçirilib. Görüşdə Azərbaycan tərəfindən Rusiyadakı səfirimiz Polad Bülbüloğlu, Çeçenistan tərəfindən isə prezident Ramzan Kadırovun köməkçisi Adam Delimhanov iştirak edib.
Manevr.az-ın “qafqazinfo"-ya istinadən məlumatına görə, Prezident otelində baş tutan görüşdə çağırılmamış qonaq isə Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov olub. O və tərəfdaşları həmin məkandan uzaqlaşdırılıb. Bu barədə Rusiya İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri, azərbaycanlı jurnalist Fuad Abbasov məlumat yayıb.
Onun sözlərinə görə, A. Kərimov tədbirdə ermənilərin mövqeyini qorumağa çalışıb: “Biz bilirik ki, Ağadadaş Kərimovun həyat yoldaşı ermənidir, qızını da erməniyə ərə verib. Bəlkə də evində də erməni dilində danışır. Bu, onun şəxsi işidir. Amma Moskva azərbaycanlılarına Kərimovun rəhbərlik etməsinə hamımız birlikdə qarşı çıxmalıyıq. Onun vəzifəsindən azad edilməsi üçün hüquqi prosedurlar başlamalıdır”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar