Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nazir prokurorluğa müraciət etdi – "Saxta əlillər"dən pullar geri alınacaq

Tarix: 08-02-2019 12:14     Baxış: 2439 A- / A+
Nazir prokurorluğa müraciət etdi – "Saxta əlillər"dən pullar geri alınacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanlış əlillik təyin edilmiş 1055 nəfərdən onlara ödənilən pulun geri qaytarılması prosesinə start verilib. Bu isə saxta əlillik almış vətəndaşlar arasında ciddi narazılığa səbəb olub, müxtəlif formalarda etiraz edirlər.

Əlillik dərəcəsi almaq istəyənlər kasıb təbəqənin adamlarıdır, həmin şəxslərin tələb olunan vəsaiti geri qaytarmağa maddi imkanları çatmır. Həm də əksəriyyəti saxta əlillik almaqlarına görə özlərində günah görmürlər.

Nazirlik bildirib ki, 2018-ci ilin IV rübündə I rüblə müqayisədə əlillik təyinatı 61%, I qrup təyinatlar isə 56% azalıb, əsassız təyinatlar ləğv edilərək, 3 milyon manat büdcə vəsaitinə qənaət edilib. 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktı aşkarlanıb və onların dərhal ləğv edilməsi həyata keçirilib:

"Yanlış əlillik təyinatları ləğv edildikdən sonra həmin təyinatlar üzrə vətəndaşlara ödənilmiş vəsaitlərin geri qaytarılması mexanizmi mövcuddur. Ödənilmiş vəsaitlərin geri qaytarılması həm yanlışlığa yol vermiş vəzifəli şəxslər, həm də vətəndaşların özləri tərəfindən həyata keçirilir.Yəni yanlış əlillik təyinatına bilərəkdən yol verdiyi təsdiqini tapan vəzifəli şəxslərə həmin vəsaitlərin büdcəyə qaytarılması öhdəliyi tələb kimi qoyulur. Digər hallarda, yanlış əlilliyə görə pensiya və ya sosial müavinət almış şəxslərə ödənilmiş bu vəsaitləri büdcəyə qaytarmaları barədə rəsmi məktubla müraciət olunur. Əksər hallarda bu vəsaitlərin könüllü qaydada ya birdəfəlik, ya da hissə-hissə olmaqla büdcəyə qaytarılması təmin olunur. Bir sıra hallarda isə məhkəmə qaydasında bu məsələlər həll edilir və vəsaitləri qaytarmağa borclu olanların digər gəlirlərindən bu vəsaitlərin məcburi qaydada büdcəyə yönəldilməsi həyata keçirilir. Yanlış əlillik təyinatlarının ləğv edilməsi yalnız ötən dövr deyil, qarşıdakı dövr üçün də milyonlarla manat büdcə vəsaitinin ünvansız xərclənməsinin qarşısını alıb. Qeyd olunanlarla yanaşı, təyinatlarda qanunvericiliyin tələblərinin pozulması hallarına dair aidiyyəti sənədlər hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına təqdim edilib"./bakupost.az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar