Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu universitet azərbaycanlı tələbələrə saxta diplomlar verir?

Tarix: 25-12-2018 11:28     Baxış: 2263 A- / A+
Bu universitet azərbaycanlı tələbələrə saxta diplomlar verir?

Gürcüstan Beynəlxalq Universiteti (GBU) Azərbaycan vətəndaşlarına saxta diplomların verilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Manevr.az report-a istinadən xəbər verir ki, özəl ali məktəbin rektoru Kaxaber Kordzaia "Rustavi 2" televiziya kanalının bu mövzuya aid yayımladığı sujetlə bağlı açıqlama verib.

O bildirib ki, süjetdə saxta diplomun verildiyi iddia olunan Azərbaycan vətəndaşı Mircəlal Zeynalov universitetə qəbul olunub və üç il orada təhsil alıb: "Diplomun verilməsinə qədər o, soyadının dəyişdirildiyi barədə Azərbaycanın müvafiq dövlət qurumlarından sənəd təqdim edib. Bundan sonra dəyişdirilmiş soyad universitetin, eyni zamanda Təhsil və Elm Nazirliyinin reyestrinə daxil edilib, diplom yeni soyadla təqdim olunub".

Qeyd edək ki, GBU 1995-ci ildə yaradılıb. Universitet biznes, sosial elmlər, hüquq, tibb və şərabçılıq üzrə bakalavr, magistr və doktorantura üzrə təhsil proqramları təklif edir.

Ali təhsil müəssisəsi iki Gürcüstan və iki Azərbaycan vətəndaşına məxsusdur. Onlardan hər biri səhmlərin 25%-nə sahibdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar