Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Hadi Rəcəbli: “Pensiya almaq istəyənlərə 25 illik staj hədiyyə olunacaq”

Tarix: 23-11-2018 15:17     Baxış: 2326 A- / A+
Hadi Rəcəbli: “Pensiya almaq istəyənlərə 25 illik staj hədiyyə olunacaq”

“Həmişə hər bir vətəndaş yaşa görə əmək pensiyasına çıxan zaman ondan 25 il staj tələb olunurdu. Bu staj olmayan zaman isə müraciət edən vətəndaş pensiyaya çıxa bilmirdi və müəyyən problemlər yaranırdı”.

Bu sözləri modern.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişiklikləri şərh edərkən deyib.

Komitə sədri bildirib ki, dəyişikliyə görə pensiya almaq üçün müraciət edən hər bir vətəndaşa 2006-cı ilə qədər 25 il staj hesablanacaq.

“Məsələn, bir adam pensiyaya çıxmaq istəyir və onun 25 il stajı yoxdur. Bu zaman isə ona 2006-cı ilə qədər 25 il staj hesablanacaq. Hesab edirik ki, bu hesabla da pensiya hüququ əldə edən vətəndaşların sayı və onlara ödəniləcək məbləğ artacaq. Məhz bu məqsədlə 2019-cu ilin dövlət büdcəsində əlavə 342 milyon manat vəsait ayrılıb”.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik Milli Məclisin noyabrın 27-də və 30-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar