Sizin Reklam Burada
Xəbər lenti
03-08-2026
02-08-2026
BÜTÜN XƏBƏRLƏR

Prezident olmaq istəyən general indi azadlığını rüşvətlə satın almağa çalışır

Tarix: 26-10-2018 21:04     Baxış: 2283 A- / A+
 Prezident olmaq istəyən general indi azadlığını rüşvətlə satın almağa çalışır

Manvel Qriqoryan 330 hektar torpaq sahəsini dövlətə bağışlamağa hazır olduğunu bildirib

Bir neçə ağır cinayətdə təqsirləndirilərək həbs edilən, Qarabağda törətdikləri vəhşilikləri ilə məşhurlaşan, müharibədən əldə etdiyi milyonlar hesabına siyasi iddia ortaya qoyaraq prezident olmağa çalışan erməni generalı Manvel Qriqoryan, hazırda öz azadlığını rüşvət hesabına təmin etməyə çalışır.

Manevr.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, M.Qriqoryan buna nail olmaq üçün maraqlı gedişə imza atıb. Belə ki, erməni generalı bəyan edib ki, ona məxsus olan 330 hektarlıq torpaq sahəsini “heç bir öhdəliksiz” hökumətə bağışlamağa hazırdır. M.Qriqoryan bu torpaqları əkinçilik təsərrüfatına hədiyyə etməyə hazır olduğunu vurğulayıb.

Məlumat üçün qeyd edək ki, son vaxtlar azadlığa çıxmaq üçün ardıcıl cəhdlər etsə də, buna nail olmayan Qriqoryan, son olaraq səhhətindəki problemləri dilə gətirərək həbsdən qurtulmağa çalışsa da, Paşinyan rejimi onun bu istəyini təmin etməyib. İndi isə M.Qriqoryanın vaxtiylə oğurladıqlarının bir hissəsini hökumətə qaytarmaqla azad olmağa cəhd etdiyi ehtimal edilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar