Xəbər lenti
"Şahlar Əsgərov Gövhər Baxşəliyevanı dəstəklədi: "Bu çox vacib problemə, çox dəqiq cavabdır"
“Bu il məktəblərdə birinci sinifə qəbulda rus bölməsinə meyl edənlərin sayı çoxdur. Bu məni narahat edən məsələdir. Hesab edirəm ki, bu kökündən yanlış meyldir və bunun qarşısı alınmalıdır”.
Manevr.az xəbər verir ki, bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin keçmiş sədri, professor Şahlar Əsgərov söyləyib. Professor fikrini belə davam etdirib: "Deputatı Gövhər Baxşəliyevanın Parlamentdə söylədiyi bu fikri mən də bəyənirəm. Bu çox vacib problemə, çox dəqiq cavabdır. Birinci sinifdə (daha dəqiq desək ibtidai məktəbdə) milli şüurun toxumları əkilir. Uşaq böyüdükcə bu toxumlar da göyərir, boy atır. Nəticədə milli-mənəvi ruh formalaşır. Bu ruhu formalaşdırmaq üçün əgər ibtidai təhsilin müddəti azlıq edirsə, onda onu qonşu Gürcüstandakı kimi 6 illik etmək zəruridir. Belə bir addım indi atılarsa, gələcəkdə qarşımıza çıxa biləcək kataklizmalardan yan keçə bilərik. Çünki milli birlik formalaşar.
İbtidai məktəbdən sonra təhsili istənilən dildə və o cümlədən rus dilində aparmaq olar. Ancaq bu zaman da azərbaycan dili, tarixi, coğrafiyası azərbaycan dilində aparılmalıdır. Rus dilinin zəngin dil olduğu hər birimizə məlumdur. Bu çox incə və çətin məsələni gündəmə gətirdiyi üçün deputat G.Baxşəliyevaya təşəkkür edirəm və inanıram ki, deputatlarımızın onun dediklərini müdafiə edəcəklər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar