Xəbər lenti
Prezidentin işdən azad etdiyi icra başçısı KİMDİR? - DOSYE

Xəbər verdiyimiz kimi bu gün Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev vəzifəsindən azad edilib.
Vaqif Abdullayevin tərcümeyi-halını sizə təqdim edir:
Vaqif Abdullayev 16 oktyabr 1956-cı il tarixdə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olub.
1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirən Abdullayev, 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi alıb. Ona 2007-ci ildə Azərbaycan Respubliksı Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı verilib.
1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidenti İcra aparatının nəşri olan "Yurd" jurnalında şöbə müdiri, 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsində məsləhətçi vəzifəsində işləmişdir.İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
2007-2012-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvüdür.
Prezident İlham Əliyevin sərəncamı ilə 15 oktyabr 2015-ci ildə 3-cü dərəcəli Vətənə Xidmətə görə ordeni ilə təltif edilmişdir. Ailəlidir, 5 övladı, 10 nəvəsi var. sonxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























