Xəbər lenti
Azərbaycana BÖYÜK MÜJDƏ: 2018-ci ilin sonu və 2019-cu ilin əvvəlində...
Böyük nefttreyderləri proqnozlaşdırırlar ki, neftin bir barelinin qiyməti 2014-cü ildən bu yana ilk dəfə İrana qarşı sanksiyaların fonunda 100 dollara qədər qalxacaq.
Qiymətlərin artması haqqında xəbərdarlığı, xüsusi halda, Sinqapurda APPEC (S&P Global Platts Asia Pacific Petroleum Conference) konfransında "Mercuria Energy Group Ltd"nin həmtəsisçisi Deniyel Ceqqi edib. Onun fikrincə, neft artıq 2018-ci ilin dördüncü rübündə 100 dollara qədər bahalaşa bilər.
"Bazar dördüncü rübdə günlük 2 milyon barel neft potensialını kompensasiya edə bilməyəcək. Fikrimcə, bu, neftin bir barelinin qiymətini 100 dollara qədər qalxmasını mümkün edir", - o deyib.
"Trafigura Group"un təmsilçisi Ben Lokok hesab edir ki, neftin qiyməti Miladda 90 dollara çatacaq, 2019-cu ilin əvvəlində isə 100 dolları ötəcək. Mütəxəssisin sözlərinə görə, İran neftinin ixracı ilə birlikdə Venesueladan çatdırılan neftin həcmi də azalır.
"Bank of America"nın ssenarisinə əsasən, 2018-ci ildə neftin qiymət təxminən 80 dollar təşkil edəcək. "Citigroup Inc." hesab edir ki, neft 2018-ci ilin dördüncü rübündə 80 dollara qədər artacaq, ancaq "qara qızıl"ın qiyməti daha çox ola bilər. "BP Plc" şirkətinin başçısı Canet Konq əmindir ki, neftin qiyməti çətin ki, uzunmüddətli perspektivdə 100 dollar səviyyəsində qalacaq, çünki, Çin və ABŞ-ın ticarət müharibəsi neftə tələbatın artması üçün təhlükə yaradır.
Qeyd edək ki, bu gün "Brend" markalı neftin müddətlik müqavilələrinin dəyəri 2014-cü ildən bu yana ilk dəfə ötərək 80,56 dollar təşkil edib.
Xatırladaq ki, Əlcəzairdə sammitin nəticəsinə görə OPEK+ razılaşmasının iştirakçıları neft hasilatının həcminin artırılmasına başlamayıblar. Razılaşmanın liderləri — Səudiyyə Ərəbistanı və Rusiya İranda hasilatın real ixtisarının nə qədər olacağını görmək üçün hələ fasilə götürüblər.
Qeyd edək ki, avqustun 7-də İrana qarşı Amerika sanksiyalarının bir hissəsi bərpa edilib. Sanksiyalar İranın avtomobil istehsalı sektorunu, qızıl və bir sıra metalların ticarətini hədəf alıb. Sanksiyalar noyabrın 5-dən neft məhsullarına qarşı tətbiq olunacaq.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar