Xəbər lenti
Azərbaycanlı dilənçinin üstündən çıxan pullar hamını şoka saldı (FOTOLAR)

İstanbulun Pendik qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılan Azərbaycan vətəndaşı olan dilənçinin üzərində aşkarlanan pullar hər kəsi təəccübləndirib.
Manevr.az xəbər verir ki, İstanbulun Asiya hissəsindəki "Sabiha Gökçen” hava limanında fəaliyyət göstərən dilənçinin üzərindən bir çox valyutadəyişmə məntəqələrində də tapılmayan əskinaslar olub. Belə ki, dilənçinin ciblərindən və paltarının digər hissələrindən 2500 türk lirəsi, 530 avro, 421 ABŞ dolları ilə yanaşı xeyli İran rialı, Səudiyyə Ərəbistanı reyalı, Küveyt dinarı, Qatar riyalı, BƏƏ dirhəmi, Oman, Livan, Liviya, İsveç pulları, hətta Nepal valyutası götürülüb.
Bundan başqa, həmyerlimizin üzərindəki pullar arasında Sanskrit əlifbası ilə yazılmış Hindistan rupisi, Rusiya rublu da olub. Maraqlıdır ki, polislər bəzi valyutaların hansı ölkəyə məxsus olduğunu müəyyənləşdirə bilməyiblər və mütəxəssislərə müraciət edilib.
Bildirilir ki, azərbaycanlı dilənçinin üzərindəki bütün pullar ümumilikdə 12 min türk lirəsi edib və müsadirə edilən vəsait ictimai təşkilatların büdcəsinə köçürülüb./modern.az
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar