Xəbər lenti
İşsiz qalan müəllimlərə müjdə
Sabahdan müqavilə ilə işə qəbul başlayır
Sabahdan bu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna başlanılır.
Nazirlikdən verilən məlumata görə, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesində iştirak etmək üçün builki müsabiqəyə qatılan namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Bu prosesə həmçinin ötənilki müsabiqədə iştirak etmiş namizədlər də qatıla bilər. Onlar miq.edu.az saytı vasitəsi ilə yenidən qeydiyyatdan keçdikdən sonra vakant yer seçərək ərizələrini təsdiqləməlidirlər. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər iki vakant yer seçmək hüququna malikdirlər.
Müəllimlərin işə qəbulu üzrə ötənilki müsabiqədə uğur qazanmış müəllimlər də ikinci iş yerində müddətli müqavilə ilə işləmək məqsədi ilə sözügedən prosesdə iştirak edə bilər.
Müddətli müqavilə ilə işə qəbul zamanı həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə isə musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri üzrə 42, digər fənlər üzrə 48 bal müəyyən edilib. Bakı şəhərinin ümumi təhsil müəssisələrinə ibtidai sinif müəllimlərinin müddətli müqavilə ilə işə qəbulu isə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu sentyarın 9-dək davam edəcək. /istiPress/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar