Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hansı deputatların tapançası var?

Tarix: 09-07-2018 16:33     Baxış: 1235 A- / A+
Hansı deputatların tapançası var?

Azərbaycanda deputatlar xidməti silah gəzdirmək hüququna malikdirlər. Milli Məclis üzvlərinə silahın verilməsi ilk olaraq 1997-ci il dekabrın 30-da qəbul edilən "Xidməti və mülki silah haqqında" Qanunla tənzimlənib. 2001-ci ilin oktyabrında isə "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanuna əlavələr edilib. Bu qanunun 12.1-ci maddəsində deputatın təhlükəsizliyindən bəhs olunur:

"Deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir".

Azərbaycan Milli Məclisinin deputatları qanunla xidməti silah almaq üçün əvəlləcə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidirlər. Burada müraciətinə müsbət cavab verilən millət vəkili daha sonra nazirliyin Təchizat İdarəsindən xidməti silah ala bilər. Qanunla hər bir silah alan deputat dövlətə müəyyən edlimiş rüsum ödəyir. Deputata silahla birgə 16 nömrələnmiş patron da verilir. Silah gəzdirmək istəyən millət vəkili öncə onunla davranma qaydalarını bilməlidir. Bunun üçün həmin deputat DİN-in müvfiq qurumuna dəvət olunuraq təlimatlandırılır. DİN silah almaq istəyən deputatın sağlıq durumunu nəzərə alır.

Onu da qeyd edək ki, deputatlara silahla iclas zalına daxil olmaq qadağan edilib. Milli Məclisin üzvü iclas zalına daxil olmazdan öncə silahını nəzarətçiyə təhvil verməlidir.

İyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin və onun mühafizəçisi Qasım Aşbazovun silahlı hücuma məruz qalması xidməti silah gəzdirmək mövzusunu bir xeyli aktuallaşdırıb.

Maraqlıdır, Elmar Vəliyev olayından sonra deputatlar da xidməti silah əldə etmək haqda düşünüblərmi?..

Modern.az saytının əməkdaşı mövzuyla bağlı bir neçə deputatın fikrini öyrənib.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov xidməti silah almaq üçün Daxili İşlər Nazirliyinə müraciət etmədiyini və indi də bu haqda düşünmədiyini deyib:

"Əvvəllər deputatın xidməti silahdan istifadə etməsi ilə bağlı norma müvafiq qanunda vardı. Daha sonra isə bu norma qanundan çıxarıldı. Guya, deputatın silah gəzdirmək hüququna malik olmasının nə mənası var ki? Məncə deputat hər zaman xalqın yanında olmalıdır, insanların problemlərin dinləməlidir, heç kimə pislik etməməlidir. Deputat bacardığı qədər insanların problemlərini dinləməli, həmin problemlərin həlli istiqamətində işlər görməlidir. Mənim kiminləsə ədavətim olmadığına görə də silah gəzdirməyə də ehtiyacım yoxdur və bu haqda düşünmürəm də".

Hüquq siyasəti və dövlət qurucuuluğu komitəsinin üzvü Fəzail Ağamalı mövzu ilə bağlı danışmaq istəməyib.

"Bu məsələ artıq mənim üçün bitib. Dəfələrlə demişik, parlamentdə çıxışlar etmişik. Milli Məclisin deputatlarının bəziləri deyir ki, xidməti silah verilməlidir, bəziləri də deyir ki, verilməli deyil. Mən bu məsələ ətrafında fikir mübadiləsi aparmaq istəmirəm".

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov xidməti silah əldə etmək üçün Daxili İşlər Nazirliyinə müraciət etməyib.

"Bir ara xeyli deputat xidməti silah əldə etmişdi. Onda biz də götürmüşdük. Amma hazırda xidməti silahım yoxdur. Buna ehtiyac da görmürəm. Silah alanda adamın ovcu qaşınır. Hesab edirəm ki, insanlara yaxın olmaq lazımdır. Onların dərdinə-şərinə şərik olmaq lazımdır. O gün deputat həmkarım Əli Məsimlinin "Bəzi məmurlar ölkəni avtopilotla idarə etmək istəyirlər" başlığı altında olan yazısını oxudum. Düz deyir də... Çoxu öz işləri ilə məşğuldur, nəinki dövlətin işi ilə".

İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimli vaxtilə xidməti silah gəzdirdiyini deyib. İndi isə buna ehtiyac görmür.

"Mən vaxtilə yüksək vəzifələrdə işləmişəm. O zaman mənim xidməti silahım olub. Bildiyimiz ki, deputatın silah gəzdirmək hüququ var. Bunun üçün DİN-ə müraciət etməlidir. Şəxsən mən deputat fəaliyyətim zamanı xidməti silah gəzdirməyə ehtiyac duymamışam. Deputat həmkarımın çoxu da xidməti silah almayıb. Bizim daha çox avtomobilə ehtiyacımız var. Onunla da təmin oluna bilmirik. Bu çox çətin prosedur olduğuna görə, mən partiyanın avtomobilindən istifadə edirəm. Hesab edirəm ki, deputatın xidməti avtomobilinin olması daha vacibdir. Çünki deputat Milli Məclisə, tədbirlərə, seçicilərlə görüşə yollanan zaman həmin avtomobildən istifadə etməlidir. Amma xidməti silahım yoxdur".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar