Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yunis Səfərov terrorist çıxdı – Elmar Vəliyev işinin inanılmaz sensasiyaları

Tarix: 07-07-2018 11:41     Baxış: 21 678 A- / A+
Yunis Səfərov terrorist çıxdı – Elmar Vəliyev işinin inanılmaz sensasiyaları

Gəncənin İH başçısına sui-qəsdin motivi ilə bağlı rəsmi açıqlama yayıldı; Yunis Səfərov Qum və Suriyada döyüş təlimləri keçib; başçının general qardaşı isə Rusiya izindən danışdı; Səfərov daha öncə də Y.Vəliyevə sui-qəsd cəhdi edibmiş.

Gəncədə Rusiya vətəndaşı Yunis Səfərovun icra başçısı Elmar Vəliyevə qarşı törətdiyi qanlı aksiyadan 3 gün keçir. Azərbaycanın 2-ci böyük şəhərinin mərkəzi meydanında, Gəncə İcra Hakimiyyəti binasının qarşısında icra başçısı odlu silahdan açılan atəşlə ölümcül yaralanıb, onun mühafizəçisi də qanına qəltan edilib.

Hadisənin motivi barədə müxtəlif versiyalar səslənirdi. Hətta bir çoxları Yunis Səfərovu ‘’gəncəlilərin qisasını alan qəhrəman’’ da elan etmişdi. Onun xanımı olduğu iddia edilən bir qadının adından yayılan açıqlamada isə Yunis Səfərovun bu əməli "İmam Hüseynin qisasını almaq" cəhdi kimi göstərilmişdi.

İyulun 6-da açıqlanan rəsmi məlumatda isə Gəncədəki olayın terror aktı olduğu əksini tapır.

Cinayətlə bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin yaydıqları son birgə məlumat Elmar Vəliyevin terrora məruz qaldığını təsdiqləyir. Baş verən olayla bağlı "Yeni Müsavat"a daxil olan rəsmi açıqlamada deyilir:
Yunis Səfərov terrorist çıxdı – Elmar Vəliyev işinin inanılmaz sensasiyaları

O, bu məqsədini həyata keçirmək üçün "Müsəlman birliyi hərəkatı" adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayıb onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərmiş və iyul ayının 3-də Gəncə şəhərində törətdiyi terror aktı baş tuacağı halda həmin müraciətin respublikada yayılmasını nəzərdə tutmuşdur. Videomüraciətdə Yunis Səfərov "Müsəlman birliyi hərəkatı"nın sədri Taleh Bağırzadənin üç körpəsini başsız qoyan şəxsi öldürmüşəm, bundan nümunə götürün. İslamın düşmənlərini öldürün, Azərbaycanda hakimiyyəti islam birliyi ələ almalıdır" deyərək, ölkə əhalisini respublikanın vəzifəli şəxlərinə qarşı silahlı mübarizəyə qalxmağa çağırış etmişdir. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Y.Səfərovla birgə cinayətin hazırlanmasında iştirak edən mütəşəkkil cinayətkar dəstənin üzvlərindən daha 3 nəfər tutulmuşdur. Bu cinayətkar dəstənin digər üzvlərinin müəyyən edilib məsuliyyətə cəlb olunması üçün tədbirlər davam etdirilir. Eyni zamanda bildiririk ki, terror aktlarına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edənlərə qarşı qanunla müəyyən edilmiş ən ciddi tədbirlər görüləcəkdir".

"Xəbər verildiyi kimi, Gəncə şəhərində anadan olmuş Yunis Səfərov 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə Şəhər
Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir.

Fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istinaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır.

O, 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşamış və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçmişdir.

2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlmiş, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün "Kapitalbank"ın Gəncə filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək "Makarov" markalı xidməti tapançasını ələ keçirmişdir. Bundan sonra, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında Elmar Vəliyevi izləmiş, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralayıb hadisə yerindən qaçmışdır. Cari il iyul ayının 3-də isə Gəncə şəhər İcra Hakimiyyətinin qarşısına gələrək, qeyd olunduğu kimi, Elmar Vəliyevi və onun yanında olan polis əməkdaşını qətlə yetirməyə cəhd etmişdir. Araşdırmalar göstərmişdir ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olmuşdur.
Yunis Səfərov terrorist çıxdı – Elmar Vəliyev işinin inanılmaz sensasiyaları

Baş prokurorun müavini, respublikanın hərbi prokuroru Xanlar Vəliyev də məsələ ilə bağlı "Bizim Yol"a açıqlamasında qardaşına edilən sui-qəsdlə bağlı danışıb:

"Hazırda vəziyyəti yaxşıdır. İsrailə aparılması ilə bağlı məlumat birmənalı yalandır. Harada olmasının fərqi yoxdur, əsas odur ki, yaxşıdır. Daha da yaxşı olacaq. Mənim qardaşım bir dövlər məmuru kimi çalışıb və dövlətinə sədaqətlə xidmət edib. Onun bütün xidmətləri göz qabağındadır. Gəncə bu gün dünyanın inkişaf etmiş şəhərləri içərisindədir. Sözsüz ki, bu, ölkə prezidentinin də diqqəti, qayğısıdır. Hər kəs Allahı ilə işini görsün. Elmar Vəliyevə heç kim şəxsi məsələlərə görə qəsd eləməyib. Gəncəlilər hər zaman onu sevib, bu gün də sevir. Qaldı ki, Elmar Vəliyevə sui-qəsd məsələsinə, bu, radikal dinçilərin işidir. O adamın özü və anası ermənidir və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır. İndi bundan nəticə çıxarın. Gülmək, ağlamaq, hirslənmək, xoş söz demək və s. insani emosiyalardır, bu, mümkün olan şeydi. Bizim ailəmizdə aldığımız tərbiyə heç vaxt imkan vermir ki, kimisə söyəsən və ya döyəsən... Biz qanunlara hörmətlə yanaşan adamlarıq. Bizim babamız Quranı başdan-ayağa oxuyub tərcümə edirdi, amma biz heç vaxt mövhumatçı olmamışıq. Həmişə də bizə deyib ki, Allaha inanın, dinə inanın. Bir daha deyirəm, Elmar Vəliyevin vəziyyəti yaxşıdır. Onun haqqında yayılan xəbərlər həqiqəti əks etdirmir. Sadəcə, müəyyən müalicə prosesləri, reabilitasiyalar keçməlidir. O da yavaş-yavaş aparılır. Daha da yaxşı olacaq".

***

Rəsmi açıqlamadan aydın olur ki, Y.Səfərov Elmar Vəliyevi bu ilin yanvarında öldürmək istəyib. Həmin vaxt onun hərəkətlərindən polis əməkdaşının şübhələnməsi üzündən cinayət baş tutmayıb, nəticədə polis əməkdaşı güllələnib. Ötən 6 ay ərzində onun necə və harada gizlənməsi, ələ keçməməsi sualı da açıq qalır. Digər tərəfdən, E.Vəliyevə sui-qəsd cəhdi etmiş adam ikinci dəfə ona necə rahatlıqla yaxınlaşa bilib, onun qoruması üçün addımlar atılmaması da maraq doğurur.

Son rəsmi açıqlamaya qədər qanlı olayın motivi bilinmirdi və bu gedişat dövriyyəyə çoxlu versiyaların girməsinə səbəb olurdu. Artıq ortada rəsmi motiv var və belə görünür ki, hadisə dini zəmində törədilib. Yunis Səfərov isə əslində xarici güclərə xidmət edən bir terrorçudur.

İyulun 6-da Yunis Səfərov Xəzər TV-yə də danışıb. O, Gəncədəki hadisəni törətdiyini etiraf edir, tutulandan sonra polis tərəfindən işgəncəyə, təzyiqə məruz qalmadığını, vəkillə təmin olunduğunu bildirir.

Yada salaq ki, hadisədən sonra səslənən əsas versiyalardan biri də məhz icra başçısının dini zəmində güllələnməsi ilə bağlı idi. Bu versiyanı inandırıcı edən bəzi məlumatlar da vardı. Yotube kanalında Yunis Səfərovun həyat yoldaşı olması iddia edilən bir qadının səs yazısı yayılmışdı. Həmin səs yazısında qadın iddia edir ki, icra başçısının Y.Səfərov tərəfindən atəşə tutulması onun müsəlmanların dini inanclarını təhqir edən hərəkətlərə yol verməsi ilə əlaqədar olub. Hətta iddia olunurdu ki, Yunis Səfərov Elmar Vəliyevi müsəlmanları, İmam Hüseyni təhqir etdiyi, Aşura günü şərab festivalı keçirdiyi üçün öldürmək istəyib.
Yunis Səfərov terrorist çıxdı – Elmar Vəliyev işinin inanılmaz sensasiyaları

Bu arada ortada maraqlı bir iddia da var. Xural.com saytının baş redaktoru Əvəz Zeynallı "Yeni Müsavat"a baş verənləri şərh edərkən deyib ki, Yunis Səfərovu tanıyanlar onun Gəncə Şəhər İcra Hakimiyyətində işlədiyini bildiriblər: "İnandığım mənbələr deyir ki, Yunis Səfərov Moskvada hüquq təhsili alıb, ağıllı və istedadlı şəxsdir. O, bir müddət Elmar Vəliyevin yanında işləyib. Yunis Səfərov Elmar Vəliyevin mühafizəsində də olub. İcra başçısının həyat tərzi, dünyaya baxışı ilə razılaşmayıb və yolları ayrılıb. Aralarında ciddi problemlər, söz-söhbət olub".

Ə.Zeynallı deyir ki, hadisədən az sonra Gəncədən aldığı məlumatlarda Yunis Səfərovla Elmar Vəliyevin arasında söz-söhbətin başçıya "səni öldürəcəyəm" hədəsi ilə başa çatdığı qeyd olunub: "Ola bilər ki, Yunis Səfərov bu hədəni gerçəkləşdirmək üçün gedib radikal dini qruplara qoşulub. Bunu istisna etmək olmaz. Bütün hallarda səbəb də ortaya qoyulmalıdır. Hər nə olsa belə, Yunis Səfərovun addımına bəraət yoxdur. Ortada konkret qanlı aksiya var və bu, təqdir edilə bilməz. Gəncədə əksəriyyətin Elmar Vəliyevə kin-kidurət bəsləməsi də aydınlaşdırılmalı və nəticə çıxarılmalıdır. Bu qədər zalımlığa yol verilməsinin qarşısı vaxtında alınmalı idi. Bunu etməyiblərsə, niyə belə oldu sualına cavab axtarmalıdırlar"...
Yunis Səfərov terrorist çıxdı – Elmar Vəliyev işinin inanılmaz sensasiyaları

Hüquq fakültəsinin məzunu silaha niyə sarılıb?

Bu arada mühacirətdə olan jurnalist Qənimət Zahid Yunis Səfərovun kimliyinə aydınlıq gətirən bir status paylaşıb. Q.Zahid facebook divarında bölüşdüyü statusda yazıb ki, Yunis Səfərov Moskvada təhsil alıb: "Moskva Mədəniyyət və İncəsənət Universitetinin hüquq fakultəsini bitirib. Sonra Moskvada 157 nömrəli orta məktəbdə tarix müəllimi işləyib. Məktəbin keçmiş direktoru ilə danışa bildim. "Yunis olduqca mədəni, ziyalı, kübar bir gəncdi" - dedi".

Səfərovun atası Moskvada imkanlı biznesmendir, bahalı maşınlar həvəskarıdır
Hadisədən sonra Səfərovun ötən il Rusiya vətəndaşlığı alması haqda məlumatlar yayılmışdı. Lakin məlum olur ki, Yunis Səfərov iddia olunanların əksinə, Rusiya pasportunu ötən il almayıb. Pasportda verilmə tarixi kimi 28.02.2017-ci il göstərildiyi üçün mətbuatda idda edilir ki, Yunis Səfərov həmin tarixdə Rusiya vətəndaşı olub. Halbuki pasportun etibarlılıq tarixi bitdiyi üçün həmin tarixdə yenisi ilə əvəz olunub.

Rusiyada vətəndaşların ünvanları, telefon nömrələri, adlarına olan avtomobillərin seriya nömrələri və digər bu kimi məlumatlar hər kəs üçün açıq olan internet resurslara yerləşdirilir. İnternetdə axtarış verildiyi zaman məlum olur ki, Yunis Səfərovun adına 2004-cü ildə "VAZ-04" və "VAZ-07" markalı avtomobillər olub və qeydiyyat ünvanı kimi Moskva şəhərində yerləşən Demyana Bednoqo küçəsi, 18-ci korpus, mənzil 80 göstərilib. Bu isə o deməkdir ki, iddia olunanların əksinə olaraq, 2004-cü il tarixində Yunis Səfərovun qeydiyyat ünvanı kimi Moskva şəhəri göstərilir. Ünvan məlumatlarına baxıldığı zaman məlum olur ki, Demyana Bednoqo küçəsi, 18-ci korpus, mənzil 80-də 26.09.1983-cü il təvəllüdlü (35 yaş) Səfərov Yunis Rafiq oğlu, 05.01.1959-cu il təvəllüdlü (59 yaş) Səfərov Rafiq Yunis oğlu və 03.09.1926-cı il təvəllüdlü (92 yaş) Səfərov Yunis Rafiq oğlu da qeydiyyatda olublar. Ad və soyadlardan belə görünür ki, Rafiq Səfərov icra başçısına sui-qəsddə ittiham olunan Yunis Səfərovun atasıdır. Milli.az yazır ki, Yunis Səfərovun atası bahalı avtomobillərin həvəskarı olub. Rafiq Səfərovun tərcümeyi-halına baxdığımız zaman məlum olur ki, bu şəxs Rusiyada uzun illər biznes fəaliyyəti ilə məşğul olub. Yunis Səfərovun atası 2006-2015-ci illərdə rəsmi olaraq "TİM MARKET" Səhimdar Cəmiyyətinin əsas səhmdarı olub.

Əsasən spirtli içkilər və siqaretin topdansatışı ilə məşğul olan "TİM MARKET"-in 75%-i Rafiq Səfərova məxsus olub. Digər 25%-lik hissəyə isə başqa bir azərbaycanlı Əziz Sadıqov sahib olub. Şirkətin direktoru Aleksandr Kosarevin isə müxtəlif vaxtlarda müxtəlif şirkətlərə rəhbərlik etdiyi bildirilir. Bu şəxsin rəhbərlik etdiyi şirkətlərin bəzilərinin adının Azərbaycanla bağlı olması ("Seymur", "Topaz") onu göstərir ki, o, azərbaycanlılara məxsus biznesin idarə olunmasında iştirak edir. 2015-ci ildə "TİM MARKET"-in ləğv olunduğu göstərilsə də, Aleksandr Kosarevin həmin tarixdən başqa bir şirkətə rəhbərlik etməyə başlaması onu göstərir ki, şirkət yeni adla fəaliyyətini davam etdirir. Yunis Səfərovun atası ilə bağlı maraqlı məqamlardan biri də odur ki, 1997-2002-ci illər ərzində Rafiq Səfərovun adına 10-dan çox bahalı avtomobil qeydiyyata alınıb.

Yekunda onu deyək ki, bütün məlumatlara görə, Azərbaycanı hansısa xarici güclər qarışdırmaq istəyir. Buna görə də insanlarımız və media quruluşları ayıq olmalı, hər bir təhrik və çağırışı Azərbaycana qəsd cəhdi kimi qiymətləndirməlidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar