Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

İşdən çıxarılan icra başçısı həbs edilir – Yeyinti var

Tarix: 27-06-2018 15:45     Baxış: 1524 A- / A+
İşdən çıxarılan icra başçısı həbs edilir

Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov 6 iyun 2018-ci il tarixində prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.
Manevr.az xəbər verir ki, Yenicag.az-ın hazırda Ağdam rayon icra hakimiyyətində çalışan şəxslərdən aldığı məlumata əsasən, Raqub Məmmədovun işdən azad edilməsinə səbəb yeyinti olub.

Məlumata görə, Raqub Məmmədov cəbhəyani kəndlərdə 32 artezian quyusunun pulunu mənimsəyib və heç bir artezian quyusu qazdırmayıb. Bundan əlavə, dövlət büdcəsindən ayrılan vəsaiti özünə yaxın olan MMC-lərlə silib. İcra başçısı həm də rayonun yolları, işıqlandırılması, abadlaşdırılması üçün ayrılmış pulları mənimsəyib.

Araşdırmalara görə, keçmiş icra başçısı hər il vəzifədə şəxsləri saxlamaq üçün rüşvət tələb edib.

Hazırda icra hakimiyyətində çalışan vəzifəli şəxslərin bildirdiyinə görə, Raqub Məmmədovun yeyintisi ilə bağlı araşdırmalar aparılır.

Ağdama yeni icra başçısının təyin edilməməsinin səbəbi də, aparılan araşdırma və yeyintinin həcminin tam dəqiq bilinməməsidir.

Mənbə iddia edir ki, Raqub Məmmədovun həbs edilməsi də gündəmdədir.

Qeyd edək ki, qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, telefonlara cavab verən olmadı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar