Xəbər lenti
Millət vəkili: “Qısa və gödək geyinmək üçün “lisenziya” lazımdır?”
Mən bir millət vəkili bəzi media orqanlarında və sosial şəbəkələrdə açılan müzakirələrdən narahatam. Yəni, insanların geyim, yaşam tərzi ilə bağlı aparılan müzakirələri, səslənən ittihamları, aşağılamaları heç cür doğru bilmirəm və qəbul etmirəm. İnsanların şəxsi həyatına qarışmaq yolverilməz və qəbuledilməz bir haldır.
Manevr.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında millət vəkili, yazıçı-dramaturq Hüseynbala Mirələmov deyib.
“Kimsə şortik geyindi, kimsə gödək geyindi və sair, bunun kimə nə dəxli var? Kimsə kimdənsə buna görə icazəmi, “lisenziyamı” almalıdır? Hər kəs bu məsələdə azaddır”-deyən millət vəkili bununla yanaşı, Azərbaycan xalqının öz adət-ənənələrinin, milli dəyərlərinin olduğunu və bunların da diqqətə alınmasının vacibliyini sözlərinə əlavə edib.
“Biz bu məqamları da unutmamalıyıq, hər zaman geymimizə, davranışlarımıza ciddi diqqət yetirməliyik. Başqalarını ittiham etmək, aşağılamaq yerinə, özümüz nümunə olmalıyıq.
Bəzən belə ifadələr, “təkliflər” səslənir ki, bəlkə bizdə də bəzi ölkələrdə olduğu kimi, əxlaq polisi yaradılsın. Bu, çox yanlış və çox zərərli bir düşüncədir. Biz məgər o günəmi qalmışıq ki, başımızın üstündə bir əxlaq polisi dayansın? Onda biz kim, nə olarıq? Bizim dəyərlərimiz, əxlaq tərzimiz nə olar? Bununla bütün dəyərlərimizin üstündən bir andaca xətt çəkmiş olmarıqmı? Hesab edirəm ki, belə bir məsələ ola bilməz. Biz özümüz özümüzü tənzimləməli, özümüz özümüzə qiymət verməyi bacarmalıyıq. Başqa bir düşüncə ola bilməz”-deyə, yazıçı sözlərinə əlavə edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar